Kadir İnanırın son vəziyyəti AÇIQLANDI: "Danışa bilmir, lakin..."
Sağlıq
18:00 / 27.03.2024
8623
Xəbər verdiyimiz kimi, türk filmlərinin ustad aktyoru Kadir İnanır insult keçirib. Sağ tərəfi iflic olan aktyor bugün həkimlər tərəfindən oyandırılıb.
Sfera.az xəbər verir ki, bu barədə Ümraniye Təhsil və Araşdırma Xəstəxanasının Baş Həkimi Prof.Dr. Necdet Sağlam məlumat verib.
O bildirib ki, ümumi vəziyyəti yaxşıdır. “Ağciyərlərində bəzi problemlər var. Çünki xroniki ağciyər xəstəliyi var. Onun üçün dəstəkləyici müalicələrimizi davam etdiririk. Hələ danışa bilmir. Lakin gülümsəməyi və əl sıxmağı bacarır”.
Ülkər Abdurahmanlı