Dodaqların rəngi bu xəstəliklərdən xəbər verir - DİQQƏT!

Dodaqların rəngi bu xəstəliklərdən xəbər verir - DİQQƏT!

Solğun, bozumtul, quru, hətta çatlamış dodaqlar insan orqanizmindəki problemlərin xəbərçisi ola bilir.


Sfera.az xəbər verir ki,  insanın dodaqlarında olan dəyişikliklər bəzi xəstəliklərə işarə etdiyi üçün önəmli faktordur.


Solğun və bozumtul dodaqlar adətən qan azlığının əlamətidir.Dəmir və B12 vitamini çatışmazlığı zamanı qan azlığı meydana gəlir. Əgər bədəndə mis çatışmırsa dəmirin mənimsənilməsində problemlər yaranır. Lazımi qədər heyvan mənşəli qidalar qəbul etməmək də qan azlığı yaradır. 


Mavi dodaqlara isə soyuqdan üşüyən insanlarda daha çox rast gəlinir. Həmçinin zəhərlənmə zamanı da dodaqlar göyərə bilir.


Tünd dodaqlara isə daha siqaret çəkən insanlarda təsadüf edilir. Siqaret bədəndəki qan dövranını yavaşladır. Bundan başqa siqaret melanin piqmentinə də təsir edir. Nəticədə dodaqlar daha tünd rəngli görünürlər.


Dodaqların quru və çatlamış olmasının əsas səbəbi orqanizmdə omega-3 yağ turşusunun çatışmazlığıdır. Balıq yağı əsl omega-3 qaynağıdır. Hazırda fastfudların əksəriyyəti omega-6 yağ turşuları ilə zəngindir. Bu səbəbdən orqanizmdə omega-3 yağ turşuları azalır. Qışda çatlayan dodaqların bir səbəbi də D vitamini çatışmazlığıdır. Dodaq gelləri və kremləri istifadə edənlərin də sayı az deyil. Lakin bu kosmetoloji vasitələr problemi kökündən həll etmir. 


Ülkər Abdurahmanlı
 


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...