Süni intelekt bu xəstəlikləri aşkar edə bilir - ARAŞDIRMA
Taylandda süni intellekt texnologiyası "depressiya və intihar düşüncələri" olan insanlara kömək etmək üçün istifadə olunur.
Sfera.az xəbər verir ki, Taylandın Milli Sağlamlıq Təhlükəsizliyi Ofisinin (NHSO) istifadə etməyə başladığı “AI DMIND” adlı süni intellekt texnologiyası xəstələrin psixoloji vəziyyətini qiymətləndirməyi asanlaşdırır.
Bu texnologiyanı, Tayland Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Bölməsi və Banqkok Çulalonqkorn Universitetinin Sağlamlıq və Mühəndislik fakültələri birgə hazırlayıblar. Süni intellekt texnologiyası xəstələrin səs yazılarını təhlil edərək onların “depressiya əlamətlərini və intihar düşüncələrinə meylliliyini” aşkar edə bilir.
Qeyd edək ki, “AI DMIND” texnologiyası sınaq mərhələsində Taylandın təcrübəli psixiatrları tərəfindən qiymətləndirilib.
Ülkər Abdurahmanlı