Erkən ölüm riskini azaltmaq üçün gündə neçə min addım atmaq lazımdır? - Alimlərin ARAŞDIRMASI

Erkən ölüm riskini azaltmaq üçün gündə neçə min addım atmaq lazımdır? - Alimlərin ARAŞDIRMASI

İngiltərəli alimlər gün ərzində oturmağı kompensasiya etmək üçün lazım olan addımların sayını müəyyən ediblər.

 

Sfera.az xəbər verir ki, tədqiqatçılar İngiltərədə yerləşən UK Biobank-da qeydiyyatda olan 72 min 174 nəfərin məlumatlarını araşdıraraq, oturaq həyat tərzinin səbəb ola biləcəyi xərçəng, diabet və ürək-damar xəstəliklərinin qarşısını almaq üçün atılması lazım olan addımların sayını hesablayıblar.

 

"British Journal of Sports Medicine" elmi jurnalında dərc edilən araşdırmada günün ən az 10,6 saatını oturaraq keçirənlərin çox oturaq həyat tərzi keçirdikləri qeyd olunub.

 

Tədqiqatçılar bunu tarazlaşdırmaq üçün optimal addım sayının 9 000 ilə 10 000 arasında olduğunu müəyyən ediblər.

 

Araşdırmada bu sayda addımı atanlarda ürək-damar xəstəlikləri riskinin 21 faiz, vaxtından əvvəl ölüm riskinin isə 39 faiz azaldığı müşahidə edilib.


 

İnci


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...