Oruc tutmağın hansı faydaları var? - "Bu insanlar həm də..."

Oruc tutmağın hansı faydaları var? -

Ramazan ayının başlamasına sayılı günlər qalıb. Ramazanın əsas rəmzi olan oruc, İslamın əsas şərtlərindən biri sayılır. Məhz bu baxımdan insanların çoxu Ramazan ayı boyunca oruc tuturlar.

 

Bəs oruc tutmağın nə kimi faydaları var?


Mövzu ilə bağlı Sfera.az-a danışan Qida Hərəkatının rəhbəri Məhsəti Hüseynova bildirib ki, oruc, zərərli yeməkləri yemək vərdişini nizama salır. 


"Kökəlməyə səbəb olan, kalorisi yüksək, lakin faydası az olan, dad və görünüş baxımından yanıldıcı qidalara qarşı zəif iradəni aradan qaldırmağa köməklik edir. Alkoqol və siqaret kimi sağlamlığa zərərli vərdişlərdən imtina etməyi asanlaşdırır. Oruc tuta bilən insan həm də öz nəfsini saxlamağı bacarır”.

 

Mütəxəssis qeyd edib ki, oruc tutmaq, xolesterol mübadiləsini də yaxşılaşdırdığı üçün ürək-damar sağlamlığına da müsbət təsir göstərir. Bundan əlavə, iftar və sahurda düzgün qidalardan istifadə etmək şərti ilə arıqlamağı asanlaşdırır, insulin müqavimətini artırır. 

 

"Yüksək triqliserid səviyyəsini normal vəziyyətə gətirdiyi üçün ürək-damar sağlamlığına müsbət təsir göstərir”.


M.Hüseynova diqqətə çatdırıb ki, oruc tutmaq hormonların düzgün ifrazına və arıqlamağa kömək edir:


“Oruc, piylənmənin səbəbi olan insulin və leptin müqavimətini yaxşılaşdırmağa kömək edir. Hormonların ifrazı tənzimlənir və arıqlamaq asanlaşır. Qalxanabənzər vəz kimi hormon ifraz edən bəzi digər orqanların fəaliyyətinə də müsbət təsir göstərir”. 

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...