\"Qızdırma və öskürəklə yanaşı...\" - Koronavirusun yeni əlamətləri AÇIQLANDI

\

Koronavirusun daha bir simptomu aşkar edilib.

 

Sfera.az xəbər verir ki, bu barədə İngiltərənin Dermatoloq Dərnəyi araşdırma edib. Mütəxəssislərin araşdırmalarına görə, quru və qabıq olmuş dodaqlar da koronavirus əlaməti ola bilər.

 

"Pandemiya dövründə səhiyyə tərəfindən hazırlanmış koronavirus simptomları arasında qızdırma və öskürəklə yanaşı, dəridə yaranan çatlar da qeyd olunub.Bu əlamət rəsmi olaraq təsdiqlənməsə də, yoluxma faktlarının 20 faizində müşahidə olunub".

 

Qeyd edək ki, dodaqlarda quruluq və çatlarla yanaşı, ağız boşluğunda ağrılar da virusun əlamət hesab edilir.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR