Bu içki şəkərə tutulma riskini 25 faiz azaldır - ARAŞDIRMA
Onilliklər ərzində alimlər qəhvə içməyin insan sağlamlığı üçün zərərli olduğuna inanıblar. Ancaq yeni araşdırmalar bu fikri tamamilə dəyişdirib.
Sfera.az “The Washington Post”a istinadən xəbər verir ki, aparılan bir araşdırma qəhvə içənlərin 2-ci tip şəkər xəstəliyinə tutulma ehtimalının daha az olduğunu ortaya çıxarıb. Araşdırmalara görə, gündə üç-dörd fincan qəhvə içən insanların diabet xəstəliyinə tutulma riski qəhvə içməyənlərə nisbətən 25% azdır. Hər fincan qəhvə üçün şəkər xəstəliyinə tutulma şansı 6% azalır, lakin bu, yalnız ilk altı fincan qəhvə içənlər üçün keçərlidir.
“The Washington Post” yazır ki, alimlər bu qənaətə Avropa, Şimali Amerika və Asiyada bir milyondan çox insanın nəticələrinin araşdırılmasından sonra gəliblər.
Monitorinq zamanı qadın və kişilər, gənc və yaşlı insanlar, siqaret çəkənlər və çəkməyənlər, kök və normal bədən ölçüsü olan insanlar əhatə olunub. İyirmi il ərzində minlərlə kişi və qadını izləyən araşdırmalar zamanı məlum olub ki, qəhvə içənlər gündə bir və ya iki fincan əlavə istehlak etdikdə, onların diabet riski 11% azalır. Ancaq qəhvə porsiyalarını azaltdıqda şəkər xəstəliyinə tutulma ehtimalı 17% artır.
Vasif