\"Məruz qaldığımız stressin səbəbi bu insanlardır\" - AÇIQLAMA

\

İnsanların məruz qaldığı stressin 90 faizi başqalarından qaynaqlanır. Bir neçə gün ard-arda stressə məruz qalmaq insanlarda analiz qabiliyyətini aşağı salır. Bizə stress yaşadan insanlar əsl təhlükə mənbəyidir.

 

Bəs hansı tip insanlardan uzaq durmaq lazımdır?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan psixoloq Ləman Məmmədova bildirib ki, mənfi enerji ötürən insanların bir sıra tipləri var.

 

Ruhumuzu sömürənlər – bu insan tipləri mənfi enerji ötürür və yalnız pis xatirələri xatırladır.

 

“Bu insanlar hər açılan günə, oturduğu süfrəyə, işlədiyi yerə nifrət edir. Hər zaman fincanın boş tərəfini görürlər. Daim həyatlarından şikayətçidirlər. Ən əsası da ətrafa ümidsizlik yayırlar".

 

Psixoloq bildirib ki, qeybətcil insanlar da həyatımıza mənfi təsir göstərir:

 

"Qeybətcil insanlar öz həyatlarını deyil, başqalarının həyatını danışaraq, müqayisə edərək yaşayırlar. Başqasının arxasıyla danışıb qeybət edən insanlara güvənmək olmaz. Koala insan tiplərindən də uzaq durmaq lazımdır. Onlar dünyanın ən ləng insanlarıdır. Biz ətrafımızdakı 5 insanın ortaq məxrəciyik. Tənbəl insanlar şəxsi inkişafa mane olurlar. Bu tip insanlar ilə mübahisə etmək lazım deyil. Onların həyatımıza mənfi təsir göstərməsinin qarşısını almaq üçün onlardan uzaq durmaq lazımdır."

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...