"Qızılcanın xüsusi müalicə üsulu yoxdur" - Həkim valideynin ən böyük səhvindən DANIŞDI

Qış mövsümü ilə əlaqədar uşaqlar arasında bir çox infeksiyalar yayılıb. Xüsusən də, qızılcanın artması və bu xəstəlikdən ölən uşaqların olması, bu problemi daha da aktuallaşdırır.

 

Bəs uşaqları bu xəstəliklərdən necə qorumaq olar?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan həkim-pediatr Fəridə Məmmədova bildirib ki, virus infeksiyalarının uşaqlar arasında geniş yayılmasının səbəbi, onlarda immunitet sisteminin tam formalaşmamasıdır.

 

“Bu viruslar eyni simptomlarla başlayan müxtəlif xəstəlikləri yarada bilir. Qızılca isə ən çox məktəb və bağçalarda uşaqların bir-biri ilə yaxın təmasda olması ilə əlaqəlidir. Bu xəstəliyin xüsusi müalicə üsulu yoxdur. Xəstəliyə yoluxmazdan əvvəl qızılca peyvəndini etdirmək çox önəmlidir”.

 

Həkim diqqətə çatdırıb ki, valideynlərin etdiyi ən böyük səhvlərdən biri həkimə müraciət etmədən qripə qarşı dərmanlardan istifadə etmələridir.

 

“Çünki valideynlər hansı dərmanın övladlarının xəstəliyinə müsbət təsir edəcəyini bilə bilməzlər. Həmçinin, uşaqlarda 38 dərəcə qızdırma olana qədər heç bir dərman preparatından istifadə olunmamalıdır. Uşaqları tərlətmək və spirtlə silmək yolu ilə qızdırmanı aşağı salmağa çalışmaq düzgün deyil. Çünki edilən bu yanlışlar qızdırmanı daha da yüksəldir. İstifadə etdiyimiz dərmanlar arasında ən çox yan təsirləri olan antibiotiklərdir. Ona görə bu dərmanlar öz dozasında istifadə olunmalıdır”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...