Bu maskalar saçqıranları təmizləməyə kömək edəcək

Bu maskalar saçqıranları təmizləməyə kömək edəcək

Saçlar zəifləyib, zədələndikdə saçqıranlar meydana gəlir. Başqa sözlə desək, saçqıranlar saç şaftının parçalanması və ya qırılması zamanı baş verir ki, bu da adətən zədələnmə və ya quruluq nəticəsində yaranır. Heç bir sehrli çubuq olmasa da, saçınızın görünüşünü yaxşılaşdırmağa və daha çox zədələnməsənin qarşısını almağa kömək edən bir neçə ev üsulu maska mövcuddur.


Sfera.az saçqıran problemini əbədi olaraq unutmaq üçün evdə mövcud olan vasitələrdən istifadə etməklə, hazırlaya biləcəyiniz maskalar təqdim edir.


Dr. Ganesh Chaudhary (Qaneş Çaudhari) saçqıranları təmizləmək üçün bəzi sadə və təbii vasitələr təklif edir:


Daimi saç kəsdirmək

Doktor Çaudhari deyir: "Saçqıranlardan qurtulmağın ən yaxşl yolu onları kəsməkdir. Hər 6-8 həftədən bir mütəmadi olaraq kəsmək, saçqıranların saç şaftına yayılmasının qarşısını almağa kömək edir".


Kakos yağı


Kakos yağı nəmləndirici xüsusiyyətləri ilə tanınır. Saçınızın uclarına ilıq kokos yağı çəkin, ən azı 30 dəqiqə saxlayın və sonra şampunla yaxalayın.


Zeytun yağı

 


 

Zeytun yağı da saçqıranları müalicə etməyə kömək edə bilər. Saçınızın uclarına az miqdarda zeytun yağı çəkin, təxminən 30 dəqiqə saxlayın və sonra yuyun.

 

Avokado maskası




Avokado saçları qidalandıran və nəmləndirən vitaminlər və yağlarla zəngindir. Onun tərkibində kalium və maqnezium kimi qida maddələri ilə zəngindir. 2015-ci ildə aparılan bir araşdırma, avokado yağının tərkibində bu vitaminlərin kutikulları bağlaya bildiyini, saçları daha hamarlaşdırdığını və qırılmasının qarşısını aldığını göstərib.


Yetişmiş avokadonu əzin və saçınızın uclarına çəkin. Yuyulmadan əvvəl saçlarınızda 30 dəqiqə saxlayın.


Yumurta maskası
 

Bir yumurtanı əzin və saçınızın uclarına çəkin. Yuyulmadan əvvəl 20 dəqiqə saçlarınızda saxlayın. Yumurta saçları gücləndirməyə kömək edən zülalla zəngindir.
 

Bal və qatıq
 

"Bərabər miqdarda bal və qatıq qarışdırın və qarışımı saçınızın uclarına çəkin. Yuyulmazdan əvvəl 30 dəqiqə saçlarınızda saxlayın. Bu birləşmə saçları nəmləndirməyə və qaydaya salmağa kömək edə bilər"- Dr.Çaudhari deyir.
 

Aloe vera geli




Saçqıranlarınıza az miqdarda aloe vera geli tətbiq edin. Aloe vera zədələnmiş saçlara fayda verə bilən, sakitləşdirici və nəmləndirici xüsusiyyətlərə malikdir.
 

İstilikdən çəkinin
 

Düzləşdirici və buruq üçün olan ütülər kimi alətlərin istifadəsini minimuma endirməlisiniz, çünki həddindən artıq istilik saçın uclarını məhv edir. Əgər mütləq istifadə etməlisinizsə, əvvəlcədən istilik qoruyucu sprey tətbiq edin.


Zərif saç baxımı


Yaş saçları açmaq üçün iri dişli daraqdan istifadə edin, çünki yaş saçlar qırılmağa daha çox meyllidir. Həm də nəm saçları möhkəm daramaqdan çəkinin.
 

İpək yastıqdan istifadə edin
 

Saçların qırılmasını minimuma endirmək üçün ipək yastıq üzlərinə keçin. Bu yastıq üzləri pambıq yastıq örtüklərindən daha az sürtünməyə səbəb olur.
 

Unutmayın ki, bu ev üsulları və saçqıranların korreksiya etməyə kömək etsə də, onların qarşısını almağın ən yaxşı yolu müntəzəm saç baxımı, balanslaşdırılmış pəhriz və düzgün qulluqdur.


(Xatırladaq ki, bu material yalnız məlumat məqsədi daşıyır).

 

Aynil

Sfera.az
 


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...