Tərtərdə minaya düşən şəxslərin son durumu AÇIQLANDI
Fevral ayının 4-5-də Tərtər rayonunda minaya düşən Həsənəli Əlizadə və Azər Məmmədovun son durumu açıqlanıb.
Sfera.az xəbər verir ki, hər iki yaralı hazırda Bərdə rayon Mərkəzi Xəstəxanasında müalicə olunurlar.
Həkimlər onların vəziyyətini orta ağır və stabil kimi dəyərləndirirlər.
Qeyd edək ki, fevralın 4-də Tərtər rayonu Qızıloba kəndi ərazisində rayonun Qaradağlı kənd sakini, 2001-ci il təvəllüdlü Əlizadə Həsənəli Şahin oğlu heyvanları örüş sahəsindən gətirərkən minaya düşüb.
Fevralın 5-də Tərtər şəhər sakini, 1966-cı il təvəllüdlü Məmmədov Azər Əhməd oğlu rayonun Göyarx kəndi ərazisində heyvan otaran zaman piyada əleyhinə minaya düşüb.
Hər iki şəxsin sol ayağı amputasiya edilib.
Faktlarla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır. (Report)