Dünyanın ən nadir sindromu - Adı qədər sevimli deyil 

Dünyanın ən nadir sindromu - Adı qədər sevimli deyil 

Bu dəfə Sirenomelia olaraq da bilinən “su pərisi” sindromunun nə olduğu barədə məlumat verəcəyik. Sindromun özü təəssüf ki, adı qədər şirin deyil. Yeni doğulmuş körpələrdə müşahidə olunan və çox ciddi nəticələrə səbəb ola bilən bu sindromlu körpələr cəmi 24 saat yaşaya bilir.  

 

Sfera.az bildirir ki, “su pərisi” sindromu körpələrin ayaqları bitişik doğulduğu zaman baş verir.

 

 

Görünüşdə su pərilərinə bənzəyən körpələr olduqca nadir doğulur. Dünyada bu sindromla doğulan cəmi 300-ə yaxın körpə müəyyən edilmişdir.

 

 

Sirenomelia sindromu olan körpələrdə sidik kisəsi, böyrək və anusun inkişaf etmir, bundan əlavə, onurğa və sümük sisteminin deformasiyaları, daxili və xarici cinsiyyət sisteminin qüsurları müşahidə olunur.

 

Sizə 3-cü övladına hamilə olan və ağrılar səbəbindən təcili keysəriyyə əməliyyatı ilə 28-ci həftədə doğulan 41 yaşlı ananın körpəsi ilə tanış edək.

 

Doğuşdan əvvəl heç bir xəstəlik diaqnozu qoyulmayan və həyat yoldaşı ilə qohumluq əlaqəsi olmayan qadının müntəzəm müayinələrdə keçən hamiləliyi olub.

 

Ananın şəkər xəstəsi olduğu müəyyən edilib və qadında qanda şəkərin nizamsızlığı da müşahidə olunub.

 

Qeysəriyyə əməliyyatı ilə doğulan körpədə tənəffüs və qan dövranı problemləri yaranıb.

 

Qısa boynu, dar qabırğası, cinsiyyət nahiyəsinin olmaması, bir ayağı və 9 barmağı ilə doğulan körpə yenidoğulmuşların reanimasiya şöbəsinə yerləşdirilib və müalicəsinə başlanılıb.

Ğ

Su pərisi sindromlu körpələrin əksəriyyətinin böyrək və sidik kisəsi kimi orqanlarının öz funksiyalarını yerinə yetirə bilmədiyi üçün 24-48 saat ərzində öldüyü müəyyən edilmişdir.

 

41 yaşlı ananın da körpəsi böyrəkləri, sidik kisəsi və sidik axarları olmadığından dünyasını dəyişib.

 

Nadir görülən və ölümlə nəticələnən “su pərisi” sindromunda hamiləliyin erkən mərhələlərində diaqnoz qoyulan ağır hallarda hamiləliyin dayandırılması məsləhət görülür.

 

Bunun qarşısını almaq üçün hamiləlik dövründə müntəzəm təqib və xüsusilə qanda qlükoza səviyyəsinin tənzimlənməsi tövsiyə olunur.

 

Xanım 

Sfera.az 


OXŞAR XƏBƏRLƏR

Müəmmalı bir mesaj buraxdı: Yaponiyanın ən gözəl qadını ölü tapılıb

"Yaponiyanın ən gözəl qadını" adlandırılan aktrisa Miho Nakayama “İnstaqram”da son ürpədici paylaşımını paylaşdıqdan sonra hamamda ölü tap...

ABŞ TikTok-un Amerika şirkətinin nəzarəti altına keçməsini dəstəkləyib

ABŞ məhkəməsi son qərara əsasən, TikTok sosial şəbəkəsinə nəzarətin Amerika şirkətinə verilməsi tələblərini dəstəkləyib. Sfera.az xəbər verir ki, bu barədə R...

Putinin geniş mətbuat konfransı bu tarixdə keçiriləcək

Dekabrın 19-da birləşmiş formatda Rusiya Prezidenti Vladimir Putinin birbaşa və geniş mətbuat konfransı keçiriləcək.   Sfera.az xəbər verir ki, ...

Ancelina Colinin oğlu gözlənilməz bir peşə seçib

Aktrisa Ancelina Coli Cimmi Fallonun “The Tonight Show” verilişində övladlığa götürdüyü 23 yaşlı oğlu Maddoksun gözlənilməz bir peşə seçdiyini açıql...

Makron Tramp və Zelenskini qəbul edəcək

Fransa Prezidenti Emmanuel Makron ABŞ-ın yeni prezidenti Donald Tramp və Ukrayna Prezidenti Vladimir Zelenskini dekabrın 7-də Yelisey Sarayında qəbul edəcək. ...

Rumıniya Prezidenti İohannis: Seçkilər buna görə ləğv olub...

Rumıniyada keçirilən prezident seçkilərində ilk turda qalib gələn müstəqil namizəd Kalin Georgeskunun seçki kampaniyası xarici dövlətdən dəstək aldığı üçün seçk...