Zorakılıq və aqressiya ilə necə mübarizə aparmaq olar? - AÇIQLAMA

Zorakılıq və aqressiya ilə necə mübarizə aparmaq olar? - AÇIQLAMA

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) aqressiyanı əsas ictimai sağlamlıq problemi hesab edir. Hər il dünyada 1.6 milyondan artıq insan həyatlarını zorakılıq səbəbindən itirir. Bu səbəbdən ölənlərin əksəriyyəti fiziki, cinsi, reproduktiv və zehni problemlərdən əziyyət çəkib.

 

Bəs, aqressiya nədir və yaranma səbəbləri hansılardır?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan psixoloq Fərqanə Mehmanqızı bildirib ki, aqressiya başqa canlıya zərər vermək, zədələmək məqsədilə edilən hər hansı davranış formasıdır.

 

Onun sözlərinə görə, aqressiyanın bir çox forma və məqsədləri var.  Birbaşa zorakılıq aşkar xarakter daşıyır və konkret şəxlərə qarşı törədilir:

 

“Bu, əsas resursların ədalətsiz şəkildə bölüşdürülməsi və bəzilərinin layiqli həyatdan məhrum edilməsi zamanı baş verən struktur zorakılığı ilə müqayisə edilə bilər. Çox zaman şəxsin davranışı dəyişənə qədər aqressiyanı təxmin etmək çətin olur. Məsələn, bir insan sakit, çəkingən, çalışqan, ancaq aqressiv partlayışlara meyilli ola bilər. Zorakılığı proqnozlaşdırmaq mümkün olmasa da, tədqiqatlar başqalarına qarşı aqressiya potensialının bir neçə göstəricisinə diqqət çəkir. Bu göstəricilərə qeyri-sabit məktəb həyatı, peşə tarixi, yetkinlik yaşına çatmayanlara qarşı zorakılıq və ya narkotik maddə asılılığı tarixçəsi,  əvvəlcədən ailədaxili zorakılıq və istismar hekayəsinin olması, silahlara heyranlıq, uşaq və ya yeniyetməlik dövründə heyvanlara qarşı qəddarlıq nümunəsi, və aqressiv impulsları idarə edə bilməmək daxildir”.

 

Psixoloq diqqətə çatdırıb ki, zorakılığı ən çox aqressiyanın sərt fiziki zərəri olan ifrat forması kimi izah edirər.

 

Son illər aqressiyanın qeyri-fiziki formaları da zorakılıq kimi qəbul edilir. Verbal aqressiyanın bəzi növləri adətən uşaqlara və intim partnyorlara qarşı yönəldikdikdə “emosional zorakılıq” adlandırılır.

 

F. Mehmanqızı son olaraq əlavə edib ki, aqressiv davranışlar başqalarına ziyan vurmaq həddinə çatdıqsa psixoloji yardım almaq lazımdır.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR