“Dərslərə bir həftəlik fasilə verilməlidir” – Qızılcaya görə məktəblər bağlanır?

“Dərslərə bir həftəlik fasilə verilməlidir” – Qızılcaya görə məktəblər bağlanır?

Bakıda qızılcadan daha bir məktəbli dünyasını dəyişib. Belə ki, 195 saylı tam orta məktəbin şagirdi qızılca xəstəliyindən vəfat edib. Bir neçə gün əvvəl isə Kürdəmirdə qızılca diaqnozu ilə xəstəxanaya gətirilən azyaşlı dünyasını dəyişib.

 

Bu isə valideynlər arasında narahatlıq və təlaşı artırır. Əksəriyyət tədris prosesinin müvəqqəti dayandırılmasını və ya hər hansı tədbirlərin görülməsini tələb edir.

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən təhsil sahəsi üzrə ekspert Kamran Əsədov mövcud durumun təhlükəli həddə yaxınlaşdığını bildirib:

 

“İnsanlar hələ də başa düşmək istəmir ki, pandemiya dövründə yaşayırıq. Koronavirus infeksiyası bitməyib və indi müxtəlif xəstəliklər formasında insanlara yoluxur. Bu baxımdan, məktəblərin mütəmadi olaraq dezinfeksiya işlərini həyata keçirməliyik, hansısa əlamət müşahidə olunan şagirdi nəzarətə almalıyıq. Həmçinin, məktəblərdə tibbi xidmətin keyfiyyətini yüksəltməliyik. Ölkədə qızılcaya yoluxmanın artdığı dövrdə, əhatə dairəsinin genişlənməməsi, yoluxanların fəsadlarının təhlükəli həddə çatmaması üçün bütün təhsil müəssisələrində 1 həftəlik fasilə verilməlidir.  Çünki təkcə orta məktəblərdə yox, həmçinin universitet tələbələri arasında yoluxma halları baş verib”.

 

Təhsil sahəsi üzrə digər ekspert Elçin Əfəndiyev qeyd edib ki, bütün təhsil müəssisələrində tibb məntəqəsi olmalıdır: “Məktəbə daxil olarkən bütün şagirdlər müasir cihazlarla yoxlanılmalı, hər hansı birinin səhhətində problem varsa, sinif otağına buraxılmamalı, müalicəyə yazdırılmalıdır”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...