Gözünüz ağrıyırsa, bunları edin

Gözünüz ağrıyırsa, bunları edin

Kompüter qarşısında çox işləyənlərin əksəriyyəti göz yorğunluğundan əziyyət çəkir. Çox işlədikdən sonra göz ağrıyır, sulanır, göynəyir.

 

Sfera.az xəbər verir ki, göz yorğunluğu aradan qaldırılmalıdır. Əks halda gözdə daha ciddi xəstəliklər yarana bilər. Bunun üçün aşağıdakıları hər gün edə bilərsiniz:

 

1. «Kəpənək». Kirpiklərinizi tez-tez bir-birinə vurun, yəni, gözlərinizi qırpın. Məlumdur ki, monitor qarşısında gözlər tənbəlləşir və az qırpılır, bu isə görmə qabiliyyətinə zərər yetirir.
 
2. «Yuxarı-aşağı». Başınızı dik tutun. Düz qarşınıza baxın. Ağır-ağır nəzərinizi tavana qaldırın, bir-iki saniyə ləngidin, sonra döşəməyə baxın və yenə də ləngidin. Çalışmanın yerinə yetirilməsi zamanı başınız hərəkətsiz olmalıdır.

 

3. «Kəfkir». Başınızı dik tutun. Düz qarşınıza baxın. Əvvəlcə sola, sonra ağır-ağır nəzərinizi sağa yönəldin. Başınız hərəkətsiz olmalı, yalnız gözləriniz işləməlidir. Çalışmanın yerinə yetirilməsi zamanı göz almacıqları əzələlərinin vəziyyətinə diqqət yetirin, gərginliyə yol verməyin!  

 

4. «Səkkiz». Başınızı dik tutun. Düz qarşınıza baxın. Təsəvvürünüzdə maksimal ölçüdə üz nahiyəniz  hüdudlarında  üfüqi səkkiz rəqəmini (yaxud, sonsuzluq işarəsi) canlandırın və onu süzgün şəkildə  gözləriniz ilə təsvir edin.   Hərəkəti bir neçə dəfə bir, sonra isə o biri tərəfə təkrar edin. Sonra tez-tez gözlərinizi qırpın.

 

5. «Siferblat». Gözləriniz önündə qızılı rəngli böyük siferblat təsəvvür edin (alimlər hesab edir ki, məhz bu rəng görmə qabiliyyətinin bərpasına kömək edir).  Başınızı hərəkətsiz saxlayaraq, göz almacıqları ilə dairəvi hərəkətlər yerinə yetirin. 

 

6. «Karandaş». Karandaşı irəli uzanmış  sağ əlinizə götürərək, gözlərin səviyyəsinə qaldırın. Karandaşın ucuna baxaraq, əlinizi aramla sağa, sonra isə sola aparın. Bu zaman başınızı tərpətmədən,  əşyanı gözləriniz ilə izləyin.

 

7. «Gözəl  uzaqlıq». Pəncərəyə yaxınlaşaraq, uzaqlara baxın, sonra isə nəzərinizi burnunuzun ucuna yönəldin – bu, göz əzələsini məşq etdirir. Hərəkəti bir neçə dəfə təkrar edin.

 

8. «Geniş bağlanmış gözlər ilə». Gözlərinizi yumaraq, xəyali dairə, sonra üfüqi səkkiz rəqəmi, sonra isə xaç təsvir edin.

 

9. «Gözübağlıca». Bir neçə dəfə gözlərinizi sıxaraq, bərk bağlayın, sonra sadəcə yumun və 20-30 saniyə əyləşin. 

 

10. «Masaj». Qulaqlarda bu və ya digər orqana təsir edə bilən böyük sayda nöqtələr mövcuddur. Belə ki, mərcəyi stimulyasiya etməklə, dolayısı ilə görmə qabiliyyətinə təsir edirik.

 

Gözlərin iltihablaşması və yorğunluğu səbəbləri arasında yalnız sənədlərlə, yaxud, kompüter arxasında aparılan iş deyil, həmçinin kosmetik vasitələr, siqaret tüstüsü, zəif, yaxud, güclü işıqlandırma, şüalanma, əlvan boyalar da ola bilər.  Görmə qabiliyyətinin bərpası üçün gözlərə dinclik, istirahət lazımdır.

 

Gözlərin iltihablaşması və yorğunluğunu aradan qaldırmaq üçün əlaltı vasitələrdən istifadə edin: gözaltı dəri üzərinə buz parçaları, yaxud, soyuq su ilə isladılmış dəsmal qoyun; göz qapaqlarını təzə xiyar şirəsi ilə isladın; gözlərin üzərinə çobanyastığı, yaxud, adi çaydan hazırlanmış kompres edin; növbə ilə sürvə cövhəri ilə isladılmış soyuq və isti pambıq tamponları qoyun   (1 ç.q. yarım stəkan qaynar suya), sadəcə doyunca yuxu alın. (Axsam.az)


OXŞAR XƏBƏRLƏR

Azərbaycan və Rusiya XİN başçıları Türkiyədə GÖRÜŞDÜ - YENİLƏNDİ 2

1 mart 2024-cü il tarixində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində Rusiya Federasiyasının xarici işlər naziri ...

Dövlət Komitəsində almaniyalı deputatlarla GÖRÜŞ KEÇİRİLDİ

  Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Bakıda səfərdə olan Almaniya Bundestaqının olan nümayəndə heyəti ilə görüş keçirilib...

Kodlaşdırmanı öyrənmək artıq lazımsızdır? - Mütəxəssis RƏYLƏRİ

Dünyanın ən dəyərli texnologiya şirkətlərindən birinin qurucusu amerikalı Jensen Huang süni intellektin əsasını təşkil edən kodlaşdırmanı artıq süni intellektin...

Alimlərdən SOS SİQNALI: “Piylənmədən əziyyət çəkənlərin sayı artır” 

Dünyada bir milyarddan çox insan piylənmədən əziyyət çəkir.   Sfera.az bildirir ki, bu barədə “Lancet” tibb jurnalı araşdırma dərc edib. ...

Prezident “Gülüstan” sarayında iclasda çıxış etdi - YENİLƏNDİ 4 - FOTO

Martın 1-də Bakıda, “Gülüstan” sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsind...

Türkiyə Prezidenti: "Qərb dovşana “qaç”, tazıya “tut” deyir"

Qərb dovşana “qaç”, tazıya “tut” deyir.   Sfera.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan martın 1-də A...