Oturaq həyat tərzi bu xəstəlikləri cavanlaşdırıb: “Xüsusilə qadınlarda..”

Oturaq həyat tərzi bu xəstəlikləri cavanlaşdırıb: “Xüsusilə qadınlarda..”

“Əvvəlki illərlə müqayisədə bel ağrısı ilə müşaiyət olunan xəstəliklər xeyli cavanlaşıb”.

 

Sfera.az bildirir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-nevroloq Mərziyyə Məmmədova deyib. O qeyd edib ki, hazırda ən böyük problemlərdən biri fiziki passivlikdir:

 

“Bəzi işlər onlayn şəkildə həll edilir, ictimai nəqliyyat əlçatandır, insanlar həyatlarının böyük hissəsini oturaq vəziyyətdə keçirirlər. Buna görə də hər ikinci pasient bel ağrısı ilə müraciət edir. Onlardan yarısı orta hesabla 25-35 yaşlı şəxslərdir. Əksər pasientlər isə qadınlardır. Onların çoxu ya hamiləlik dövründə, ya da doğuşdan sonra ağrıların əmələ gəldiyini, yaxud artdığını qeyd edirlər. Diaqnostika bel ağrılarında vacib məsələdir və nəticədən asılı olaraq fərdi müalicə üsulu təyin edilir”.

 

Mütəxəssis bildirib ki, bəzən kəskin və yarımkəskin ağrı sindromlu pasientlər bir neçə gün ərzində, hətta müalicəsiz də sağala bilərlər:

 

“Bunu nəzərə alaraq, onlara əsasən qeyri-farmakoloji müalicə təklif olunur. Belə ki, buraya isidici prosedurlar, massaj, iynəbatırma və.s daxildir. Lakin dərman müalicəsinə üstünlük verən pasientlərə qeyri-steroid iltihab əleyhinə və ya miorelaksant preparatlar təklif oluna bilər. Xroniki bel ağrılarından əziyyət çəkən pasientlərə isə ilk olaraq müalicəvi idman, yoqa, multidissiplinar reabilitasiya, akupunktura, stresin idarə edilməsi metodları, koqnitiv-davranış terapiyası və sağlam həyat tərzi tövsiyə olunur. Eləcə də ona sağlam qidalanma, konfliktlərin idarə edilməsi və əmək şəraitinin sağlamlaşdırılması da aiddir”.

 

Türkan


OXŞAR XƏBƏRLƏR

DİN-dən özlərini qazi kimi təqdim edənlərlə bağlı məlumat

Bəzi internet TV kanallarında özlərini qazi kimi təqdim edən şəxslərin intihara cəhd görüntülərini əks etdirən iddialar yayılıb.   Sfera.az xəbər ver...

Köçəryanın oğlu saxlanıldı

Ermənistanın keçmiş Prezidenti Robert Köçəryanın oğlu Levon Köçəryan saxlanılıb.   Sfera.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki,...

Mərakeş zəlzələdən zərərçəkənlərə bu qədər pul verəcək

Mərakeş hökuməti zəlzələdən zərər çəkmiş hər ailəyə 1 il müddətində ayda 250 dollar verməyi planlaşdırdığını açıqlayıb.   Sfera.az xəbər verir ki, bu...

Faciəvi şəkildə vəfat edən qız Qarabağda şəhid olan polisin sevgilisi imiş - İDDİA

Sentyabrın 22-də Xırdalanda Qasımzadə Arzu Kamal qızının intihar etməsinin əsas səbəbi hələ ki açıqlanmayıb.   Lent.az-ın apardığı araşdırma zamanı i...

Ceyhun Bayramov BMT Baş Katibinin müavini ilə görüşüb - FOTO

“BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Katibinin müavi...

Hakan Fidan Blinkenlə görüşdü

Türkiyənin xarici işlər naziri Hakan Fidan amerikalı həmkarı Entoni Blinkenlə görüşüb.   Sfera.az xəbər verir ki, bu barədə “TRT Haber” m...