Daha iki yeni yoluxma - 1 nəfər sağalıb

18:40 / 07.07.2023
6854
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına iki yeni yoluxma faktı qeydə alınıb, bir nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sfera.az-a verilən məlumata görə, infeksiyadan ölüm faktı qeydə alınmayıb.
Azərbaycanda indiyədək ümumilikdə 831 957 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 821 664 nəfər müalicə olunaraq sağalıb, 10 284 nəfər vəfat edib, aktiv xəstə sayı 9 nəfərdir.
Onu da qeyd edək ki, son sutkada koronavirus (COVID-19) əleyhinə 76 vaksin vurulub.