Hər xəstəlikdə aptekə qaçmayın, evdə UCUZ VASİTƏ var!

Hər xəstəlikdə aptekə qaçmayın, evdə UCUZ VASİTƏ var!

Adi xörək duzu çox geniş müalicəvi xüsusiyyətlərə malikdir. Xalq təbabətində duz müxtəlif pozulmalar zamanı çox təsirli müalicəvi vasitə kimi uğurla istifadə olunur.

Ənənəvi tibb də duzun müalicəvi xüsusiyyətlərini təsdiq edir.

Qədim zamanlarda duz məhlulu kəskin və xroniki iltihablar, irinli yaralar zamanı istifadə olunurdu. Dahi Hippokrat öz praktikasında duz islatmalarından istifadə edirdi.

Tanınmış rus cərrahı Piroqov müharibə zamanı duz təpitmələrini yaraların müalicəsində uğurla istifadə edirdi.

Duz məhlulu ilə təpitmələr yaradan mikrobları, toksinləri çıxardır və nəticədə yara tez bir zamanda təmizlənir, iltihab azalır.

Sfera.az saglamolun.az-a istinadən duzun müxtəlif xəstəliklər zamanı istifadə qaydasını təqdim edir.

Hazırda dəniz duzu məhlulu zökəm zamanı geniş istifadə olunur. Dəniz duzu əsasında hazırlanan burun damcıları pediatriyada tətbiq edilir və çox yaxşı müalicəvi effekt verir. Belə damcıların əks-göstərişləri və yan təsirləri yoxdur.

Boğaz iltihabları zamanı duzla qarqaralar çox yaxşı müalicəvi effekt verir. 1 stəkan ilıq suda 1/2 çay qaşığı duz həll edin və gün ərzində bir neçə dəfə bu məhlulla qarqara edin.

Diş və damaqların iltihabları zamanı da bu məhluldan istifadə etmək olar (1/2 ç.q. duz + 1 stəkan su). Məhlulu tez-tez qarqara şəklində istifadə edirlər. Duz iltihabın azalmasına kömək edir.

Duz məhlulu göbələk əleyhinə təsirə malikdir. Bu səbəbdən duzla ayaq vannaları göbələk zamanı yaxşı kömək edə bilər. 1 l su üçün 2 xörək qaşığı duz götürülür. Duz suda həll olunur və ayaq vannaları üçün istifadə olunur. Həmçinin bu sadə vasitə pis ayaq qoxusunu yox etməyə kömək edir.

İrinli yaralar, furunkullar zamanı 1 stəkan suda 1 xörək qaşığı duz həll olunur, bu məhlulda bir neçə qat qatlanmış tənzif isladılır və yaraya qoyulur.

Baş ağrıları zamanı 1 stəkan ilıq suda 1 çay qaşığı duz həll edin, məhlulda tənzif isladın və alnınıza qoyub bir qədər uzanın.

Duz kosmetologiyada da çox geniş istifadə olunur. Xörək duzunu yağlı xama ilə qarışdırın və skrab şəklində istifadə edin. Bu skrab dərini yaxşı təmizləyir, daha hamar edir, dərinin rəngini yaxşılaşdırır.

Həftədə 1-2 dəfə dəniz duzu ilə olan vannaları qəbul edin (dəniz duzu olmadıqda, adi xörək duzundan istifadə edin). İlıq suya 5 qaşıq duz əlavə edin. Belə vannalar bədən dərisinə çox müsbət təsir edir, qan dövranını yaxşılaşdırır.


OXŞAR XƏBƏRLƏR

FHN Salyandakı yanğınla bağlı məlumat yaydı

Salyan rayonunun Şorsulu kəndində “Mersedes” markalı yük avtomobilinin kabinəsi, 3 ədəd ön təkəri və qoşqusunun üzərinə çəkilən tent qismən yanıb. ...

Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilməyəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkə hökumətinin növbədənkənar parlament seçkiləri keçirmək niyyətində olmadığını bildirib.   Sfera.az xəbər v...

Çirkli corab və çürük ət iyi gəlir: Sidneydə nadir “cəsəd çiçəyi” böyük maraq doğurub - FOTOLAR

Avstraliyanın Sidney şəhərində nəsli kəsilməkdə olan və çiçək açdıqda çürüyən ət iyi verən nadir bitki çiçək açıb. Bu təbiət möcüzəsini görməyə 20 mindən çox in...

Bomba partlatmaqla muzeydən qızıl dəbilqəni qarət etdilər

Hollandiyanın Assen şəhərindəki Drents Muzeyində oğrular binanın kənarına partlayıcı yerləşdirdikdən sonra qədim Dacia krallığının qızıl sərgisindən bir neçə mü...

Zelenski Əliyevlə danışdığı əsas məsələni açıqladı

“Biz İlham Əliyevlə İsveçrədə danışdıq, onun ölkəsinin qaz hasilatı, ixracı üçün böyük imkanları var”.   Sfera.az xəbər verir ki, bunu Uk...

Salyanda yük maşınında partlayış - Yaralılar var

Salyanda yük avtomobilinin çəni partlayıb, xəsarət alanlar var.   Sfera.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Şorsulu kən...