"Paltar sabunu" min dərdə çarə imiş…

Əgər bu möcüzəvi vasitə sizdə yoxdursa, o zaman tezliklə onu əldə etməyinizi sizə də məsləhət görürük. 

1. Əgər uzun və sıx saçlara sahib olmaq və yaxud kəpəkdən xilas olmaq istəyirsənsə, o zaman "paltar sabunu”ndan təsirli vasitə tapmaq qeyri-mümkündür. Əvvəlcə şampundan istifadə et, daha sonra isə saçlarına sabun vur. Sabunu saçlarınızdan yuyun və son olaraq, suya 1-2 çay qaşığı üzüm sirkəsi qatılmış su ilə yaxalayın. Bu üsul həm də yağlı saçları olan insanlar üçün faydalıdır. 

2. Depilyasiyadan sonra dərinizdə səpkilərin əmələ gəlməməsi üçün dərhal həmin yerə "paltar sabunu” sürtün.

3. Heç olmasa həftədə 2 dəfə bu sabunla yuyunun. Bu, dərinizin cavan qalmasına yardım edəcək. Yuyunduqdan sonra üzünüzə uşaq kremi vurun. Belə yuyunmaların effekti əvəzolunmazdır.

4. Duş qəbul etməyi sevənlər üçün məsləhət. Buxarda yumşalmış cildinizi bu sabundan hazırlanmış suya kisəni batıraraq sürtsəniz, cildinizdəki məsamələrə dolmuş çirklər tamamilə təmizlənər.

5. Soyuqdəymənin ilk əlamətlərini hiss edərkən, bu sabunu çox az həddə əridib, suya qatın. Pambıqdan düzəldilmiş tampona batırıb, burun dəliklərinə yerləşdirin.

6. Bu vasitə həm də göbələk xəstəliklərinin qarşısını tamamilə alır. Zədələnmiş yeri sabuna batırılmış diş fırçası ilə yaxşı-yaxşı təmizləyin, daha sonra həmin yeri yodlayın.

7. Diş fırçanızı bu sabunla yuyun və bir qat sabun üzərində qalmaq şərtilə gecədən səhərədək saxlayın. O, bütün mikrobları məhv edəcək.

8. Şişın yatması üçün, eləcə də göyərmiş yerlərinizi bu sabundan hazırlanmış məhlul vasitəsilə sürtün. Bu prosesi gündə 2 dəfə etmək məsləhətdir.

9. İrinlənmiş yerə yatmazdan əvvəl 1:1 nisbətində rəndələnmiş soğan, paltar sabunu və şəkər tozunu qarışdırıb maz şəklinə salırsınız və sürtüb, bintləyirsiniz.

10.Dabanın çatlamış yerinə 2 litr qaynar suya 1 çay qaşığı soda və 1 xörək qaşığı sürtülmüş paltar sabununu qarışdırıb "vanna” edirsiniz.

11. Günəşdən yanan cildinizə "paltar sabunu” sürtün və qurumağını gözləyin. Bu dərinin yandığı yeri bərpa edəcək və uçuqlamasına imkan verməyəcək.

Göründüyü kimi, "paltaq sabunu” kimi tanıdığınız bu vasitə min dərdə çarə ola bilir./atv.az/

OXŞAR XƏBƏRLƏR

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...

Ramzan Kadırov oğlunun toyuna gələn tanınmış şəxslərin adlarını AÇIQLADI

Çeçenistanın başçısı Ramzan Kadırovun 17 yaşlı oğlu Adamın Qroznıdakı toy mərasiminə İran, BƏƏ, Türkiyə və Qazaxıstanın səfirləri və digər qonaqlar, o cümlədən ...

İTV-dən Kənan MM-in iddialarına CAVAB

İctimai Televiziya (İTV) bir neçə aktyorun, xüsusən də rejissor Kənan Mahmudovun bu kanal barədə səsləndirdiyi iddialara cavab verib.   Sfera.az ...

Türk mediası Rusiyadakı zorakılığı göstərdi - VİDEO

Rusiyada yaşayan azərbaycanlıların hüquqları ayaqlar altına atılır, onlara qarşı qeyri-insani davranış göstərilir.   Sfera.az xəbər verir ki, bu barə...