Ət xörəklərini qatıqla yeməyin - Ziyanları

Ət xörəklərini qatıqla yeməyin - Ziyanları

 

Azərbaycanda bəzi ət xörəkləri süfrəyə qatıqla verilir. Ət xörəklərini yeyəndə biz ayran, dövğa içirik. Sağlamlıq baxımından bu düzgün deyil.

 

Sfera.az saglamolun.az-a istinadən bildirir ki, ət insan orqanizminin normal fəaliyyəti üçün vacib məhsullardan biridir. Ət orqanizmi aminturşular, vitaminlər, minerallarla təmin edir. Bu minerallardan ən vacib olanı dəmirdir. Dəmirin əsas hissəsini biz məhz ət məhsullarından alırıq.

 
 
Dəmir insan orqanizmində olduqca böyük rol oynayır. Dəmir oksigenin saxlanması və daşınmasında iştirak edir. Oksigensiz insan orqanizmi yaşaya bilməz.
 
Dəmir qanyaratma prosesində iştirak edir, immun sisteminin normal fəaliyyəti üçün çox vacibdir, qalxanvari vəzi hormonlarının istehsalında, ciyərdə gedən proseslərdə (zəhərli maddələrin parçalanmasında və s.), DNT-ın sintezində və bir çox digər vacib proseslərdə iştirak edir. Dəmir xərçəng hüceyrələrinin inkişafını ləngidir. Orqanizmdə dəmirin çatışmazlığı ciddi pozulma sayılan anemiya xəstəliyinə (qanazlığı) səbəb olur.
 
 
Bəzi maddələr orqanizmdə dəmirin mənimsənilməsi prosesini sürətləndirir (C, B qrupu vitaminləri və s.), digərləri isə əksinə, pozur. Dəmirin mənimsənilməsini pozan maddələr  arasında kalsium və fosfor da var. Süd məhsulları kalsium və fosforla zəngin olduğundan onların ətlə birlikdə qəbulu dəmirin mənimsənilməsinə mənfi təsir edir. Bu o deməkdir ki, ətlə birlikdə və ya ət xörəklərindən dərhal sonra istənilən süd məhsullarını qəbul etmək düzgün deyil.
 
Tək süd məhsulları deyil, çay və qəhvədə olan bəzi maddələr dəmirin mənimsənilməsini pozur. Bu səbəbdən həkimlər ət xörəklərindən sonra çay və ya qəhvə içməyi tövsiyə etmir.

 



OXŞAR XƏBƏRLƏR

Ərdoğan və Əsəd Moskvada görüşə bilər

Türkiyə və Suriya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Bəşər Əsəd arasında 2011-ci ildən bəri ilk görüş Moskvada baş tuta bilər.   Sfera.az xəbər ve...

ABŞ prezidentliyinə namizəd Kamala Harris kimdir?

ABŞ-ın vitse-prezidenti, 59 yaşlı Kamala Harris 2024-cü il noyabrın 5-nə təyin edilmiş prezident seçkilərində iştirak etmək arzusunda olduğunu açıqlayıb. Sfe...

Xırdalanda yaşayış binasında yanğın- Sakinlərin təxliyə anı + VİDEO

Xırdalanda Həzi Aslanov küçəsində çoxmənzilli yaşayış binasında yanğın baş verib.   FHN-dən Sfera.az-a verilən məlumata görə, nazirliyin Dövlət Yanğı...

Baş nazirin sədrliyi ilə iclas: Qərar qəbul olundu

2024-2025-ci il istilik enerjisi təchizatı sahəsində payız-qış mövsümünə hazırlıq işləri ilə bağlı iclas keçirilib.   Nazirlər Kabinetindən Sfera.az-...

Bakıda azyaşlını girov götürən şəxs zərərsizləşdirildi

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Muğanlı kəndindən keçən hissəsində Şamaxıdan Ağsu istiqamətinə hərəkətdə olan mikroavtobus, əks istiqamətdən gələn minik av...

Şamaxıda ağır qəza: 10 nəfər xəsarət aldı

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Muğanlı kəndindən keçən hissəsində Şamaxıdan Ağsu istiqamətinə hərəkətdə olan mikroavtobus, əks istiqamətdən gələn minik av...