Yumurtanın sarısı əslində nə rəngdə olmalı?

Yumurtanın sarısı əslində nə rəngdə olmalı?

Yumurta uşaqlar üçün də, böyüklər üçün də çox faydalı və tutumlu qidalardandır. O ana südündən sonra lazımi maddələri özündə daşıyan ikinci məhsuldur. Onu zəngin protein, yağ, vitamin və s. tərkibi orqanizmimiz üçün olduqca əhəmiyyətli edir. Faydası əksəriyyətimizə məlum olan bu qida səhv seçilərkən və ya uzun müddət saxlanılarsa, zəhərli məhsula çevrilə, ciddi problemlərə yol aça bilər.

276863

Yumurta seçərkən:
Marketdən yumurta alarkən onların soyuducuda olub-olmamasına fikir verin;
Evə gətirdikdən sonra  soyuducuda ya öz kartonunda saxlayın, ya da yumurta formasına yığın;
Əsla yumurtaları yumayın. Yuyan zaman üzərini örtən qoruyucu təbəqə itir, bu isə onun ömrünü azaldır. Yumurtanı yalnız istifadə edən zaman yumaq lazımdır;
Onları soyuducuda kəskin qoxulu qidaların yanında saxlamayın. Qabığı iydən qoruyar, düşünməyin. Çünki onun qabığı iyi və havanı asanlıqla içəri keçirə bilir.
Yumurtaları ən gec 3-4 həftə ərzində, keyfiyyətini itirmədən istifadə edin.

Funny-Egg-55

Yumurta köhnədir, yoxsa təzə?
Yumurtanın təzə və ya köhnə olduğunu çox asanlıqla bilmək olur. Bir qaba su tökürsünüz. Yumurtanı içinə atırsınız. Əgər yumurta dibdə qalsa, demək, lap təzədir. Ortada qalsa bayatdır. Amma tamamilə suyun üzərinə çıxarsa, demək köhnədir və onu qətiyyən istifadə etmək olmaz.

suda-yumurta-tazelik-testi-880x320

Bu eksperiment onunla bağlıdır ki, yumurta təzə olanda ağır olur, köhnəldikcə isə tərkibindəki su və karbohidrat azalır, bu da onu yüngülləşdirir. Bunu əllə də təyin etmək olar: ağır və ya yüngül yumurtadan onun təzə və ya köhnəliyini müəyyən edə bilərsiniz.

large

Təzə yumurtanı sındıran zaman ağı ilə sarısı bir-birinə qarışmır.  Sarısı tam və qabarıq olur. Köhnə yumurtanın sarısı isə ya yayılmış formada olur, ya da tez partlayır.

1398968440_1616488600

Yumurtanı qaynadıb bişirin. Tən ortadan bölün. Təzə yumurta oval formasında olur, ağı bərabər həcmdə onu əhatə edir və sarı tam mərkəzdə yerləşir. Köhnə yumurtanın sarısı isə ya sağa, ya da sola doğru "qaçır”. Həmçinin təzə yumurtanın qabığı daha çətin soyulur, nəinki köhnənin.

egg_flour_baking_86686_3840x2160

Yumurtanı sındırarkən qan və ya hər hansı başqa ləkə görsəniz, həmçinin sarısı olmasa, ondan istifadə etməyin. Bu onu göstərir ki, toyuqda stress və ya hormonal pozğunluq var, yaxşı bəslənməyib.

Yumurtanın sarısı əslində nə rəngdə olmalıdır?

0NtvbpS

Marketlərdən aldığımız broyler yumurtaların sarısı açıq sarı rəngdədir. Bu onunla əlaqədardır ki, həmin toyuq yalnız yemlərlə qidalanıb və oturaq həyat keçirib.
Amma ən ideal yumurta sarısı tünd sarı, daha doğrusu, narıncı olandır. Bu onu göstərir ki, toyuq bütün günü həyətdə-bacada gəzib, otla, bitkilərlə qidalanıb. Belə yumurtaların faydası, təbii ki, daha çoxdur.


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...