Sabahdan hava dəyişəcək, qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

Sabahdan hava dəyişəcək, qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında yanvarın 16-dan 17-nə keçən gecədən başlayaraq 17-si axşamadək yağıntılı olacağı, bəzi yerlərdə intensivləşəcəyi, sulu qara, bəzi yüksək ərazilərdə qara keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata görə, fasilələrlə müşahidə olunan küləkli hava şəraiti yanvarın 20-dək davam edəcək.

Arabir güclənən şimal-qərb küləyi cənub-qərb küləyi ilə əvəz olunacaq. Küləyin maksimal sürəti bəzi yerlərdə arabir 23-28 m/s-yə çatacaq.

Havanın temperaturu yanvarın 17-də günün birinci yarısında 1-3° isti, axşama doğru 0-1° şaxta olacaq.

Azərbaycanın rayonlarında yanvarın 16-sı axşamdan 17-si axşamadək əsasən cənub və şərq rayonlarında yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var.

Yaxın günlər ərzində fasilələrlə arabir güclənən şimal-qərb küləyi ilə cənub-qərb küləyi ilə əvəz olunacağı gözlənilir. Küləyin maksimal sürəti arabir 23-28 m/s-yə çatacaq. Küləkli hava şəraiti yanvarın 20-dək davam edəcək.

Şaxtalı hava şəraiti ilə əlaqədar gecə və səhər saatlarında dağlıq və dağətəyi rayonlarda buz bağlayacağı ehtimalı var.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Prezidentlə Fatma Səttarovanın səmimi söhbəti - VİDEO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev bu gün İkinci Dünya müharibəsinin iştirakçısı, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri F...

Azərbaycanda müvəqqəti qeydiyyat ləğv olundu - DİN-dən AÇIQLAMA

Son günlər polis idarələrində müvəqqəti qeydiyyatda olan vətəndaşların qeydiyyatının ləğv edilməsi barədə məlumat yayılıb. Sfera.az  xəbər verir ki, ...

Azərbaycanda toylarla bağlı SEVİNDİRİCİ XƏBƏR

Azərbaycanda toylarda qonaq sayı üçün mövcud olan 150 nəfərlik limit, 250-300-ə qədər qaldırıla bilər. Sfera.az xəbər verir ki, bu barədə Trend-ə bazar iş...

Son sutkada koronavirusa yoluxanların sayı AÇIQLANDI

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 697 yeni yoluxma faktı qeydə alınıb, 526 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Ope...

Hərbçimiz həlak oldu - Müdafiə Nazirliyi məlumat yaydı

Yanvarın 22-də Bakı qarnizonundakı N nömrəli hərbi hissədə xidmət edən Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məhərrəmzadə Asi...

İntihar etmək istəyən xanımların NƏZƏRİNƏ: “Qəbrinizə gəlib peşman-peşman ağlayacaqlar”

"Dünən bir qadın müəllimə Göyçayda intihar etdi və 3 uşağını yetim qoydu. Sizi anlayıram…”. Sfera.az bildirir ki, bunu ekspert Eldəniz Əmirov deyib. O, in...