No Image
No Image

Sabah şimşək çaxacaq, yağış, bəzi yerlərdə qar yağacaq

Sabah şimşək çaxacaq, yağış, bəzi yerlərdə qar yağacaq
Yanvarın 18-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.

Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 4-7, gündüz 8-10, Bakıda gecə 4-6, gündüz 8-10 dərəcə isti olacaq. Atmosfer təzyiqi 752 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80 faiz, gündüz 55-60 faiz olacaq.

Yanvarın 18-də Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-4 dərəcə isti, gündüz 8-12 dərəcə isti, dağlarda gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 3-6 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Yanvarın 18-də Bakıda və Abşeron yarımadasında gün ərzində atmosfer təzyiqinin yüksəlməsi fonunda xəzri küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Turan Bank

OXŞAR XƏBƏRLƏR

Keçmiş deputat DTX-da ifadə verdi

Keçmiş deputat, iş adamı Nazim Bəydəmirli qalmaqallı "Baku Steel Company” işi ilə bağlı ifadə verib. Sfera.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə...

Əfv komissiyası bu gün 100-dən artıq müraciətə baxdı

Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib. Sfera.az xəbər verir ki, iclasda əfvlə bağlı 100-dən artıq müraciətə ...

İcra başçısı daha bir qaziyə yüksək vəzifəyə verdi - FOTO

İsmayıllı Rayon İcra Hakimiyyətində (RİH) daha bir qazi yüksək vəzifəyə təyin olunub. Sfera.az-ın məlumatına görə, icra başçısı Nahid Bağırovun sərəncamın...

Bakının 15 küçə və prospektində sıxlıq müşahidə olunur - FOTO

Hazırda bir sıra küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur. Bu barədə Sfera.az-a Bakı Nəqliyyat Agneltiyindən (BNA)...

Tbilisi aeroportu Bakıya reyslərlə bağlı məlumat yaydı

Bakı-Tbilisi-Bakı istiqaməti üzə reyslər martın 21-dən yerinə yetiriləcək. Sfera.az xəbər verir ki, bu barədə Tbilisi beynəlxalq hava limanından bildirili...

Füzulinin Üçbulaq kəndindən görüntülər - VİDEO

Müdafiə Nazirliyi Füzuli rayonunun Üçbulaq kəndindən videogörüntülər paylaşıb. Sfera.az həmin görüntüləri təqdim edir. ...