Sabah Novruz Məmmədov istefa verəcək - ŞOK İDDİA
23:20 / 07.10.2019
10029
Azərbaycanın Baş naziri Novruz Məmmədov istefa verəcək.
Sfera.az unikal.org-a istinadən bildirir ki, oktyabrın 8-də N. Məmmədov bununla bağlı istefa ərizəsi yazaraq tutduğu postu tərk edəcək.
Onun yerinə isə Azərbaycan Respublikası Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müavini Əli Əsədov təyin olunacaq.
Xatırladaq ki, 21 aprel 2018-ci il tarixindən N. Məmmədov Azərbaycan Respublikasının Baş Naziridir.
Orxan Həsənli