Sabah Çindən Türkiyəyə “CoronaVac\" vaksininin növbəti partiyası gətiriləcək

Sabah Çindən Türkiyəyə “CoronaVac\
Sabah səhər saatlarında yeni növ koronavirusla (COVID-19) mübarizə tədbirləri çərçivəsində ikinci partiya (10 milyon doza) vaksinin birinci hissəsi Çindən Türkiyəyə gətiriləcək. 

Sfera.az-ın məlumatına görə, Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca "Tvitter”-də bununla bağlı paylaşım edib. 

Sabah Türkiyəyə 6,5 milyon doza vaksin gətiriləcək.
 
Qeyd edək ki, "Sinovac" şirkətinin "CoronaVac" vaksini inaktiv peyvənddir. Türkiyə Çinin "Sinovak” şirkəti ilə bağladığı müqaviləyə əsasən 10 milyon dozada "CoronaVac" vaksininin ilk mərhələdə 3 milyon dozası 30 dekabr 2020-ci ildə Türkiyəyə gətirilib. Türkiyə Əczaçılıq və Tibbi Cihazlar Agentliyinin iki həftəlik analizindən sonra yanvarın 13-dən başlayaraq öncə səhiyyə işçiləri və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla, bir çox dövlət rəsmiləri, sonra isə yaşı 65-dən yuxarı olanlar peyvənd edilməyə başlanıb. İndiyədək ölkədə 1 milyon 200 mindən çox insana peyvənd vurulub.

Nazir bildirib ki, 6,5 milyon doza vaksin də analiz edildikdən iki həftə sonra tətbiq olunacaq.
 


OXŞAR XƏBƏRLƏR

İranda reper ölüm cəzasına məhkum edildi

İran hakimiyyəti 2022-2023-cü illərdə hökumət əleyhinə etiraz aksiyalarında fəal iştirak edən məşhur reper Tomaj Salehi barəsində ölüm hökmü çıxarıb. Bu barədə ...

Ərdoğan Qazaxıstanın Baş naziri ilə görüşdü

Qazaxıstan Baş naziri Oljas Bektenov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.   Sfeara.az xəbər verir ki, bu barədə “TRT haber”...

Türkiyədə ƏMƏLİYYAT: İŞİD-lə əlaqədə şübhəli bilinən şəxslər tutuldular

Türkiyə xüsusi xidmət orqanları İslam Dövləti terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 23 nəfəri saxlayıb.   Sfera.az xəbər verir ki, bu barədə...

Köçəryanın oğlu saxlanıldı - SƏBƏB

Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın oğlu, ölkə parlamentinin deputatı Levon Köçəryan Azərbaycanla sərhədin delimitasiyasına etiraz olaraq keçirilən...

İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş

Azərbaycan Prezidentinin təyyarəsi Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə uçuş həyata keçirir.   Sfera.az xəbər verir ki, bu barədə Azərbayca...

“Mustanq”la avtoşluq edən şəxs saxlanıldı - VİDEO

Sabunçu rayonu ərazisində “Ford Mustang” markalı, 77-MU-385 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü 1995-ci il təvəllüdlü Aydın Cəfərov yol hə...