\"Sabah\" Gürcüstan klubuna uduzdu
21:49 / 23.07.2021
1059
Gürcüstanda təlim-məşq toplanışını davam etdirən "Sabah" növbəti yoxlama oyununu keçirib.
Sfera.az-ın məlumatına görə, Ramin Quliyevin baş məşqçi olduğu kollektiv ikinci sınağında yerli "Samqurali" klubu ilə qarşılaşıb. Görüş Bakı təmsilçisinin minimal hesablı məğlubiyyəti ilə başa çatıb.
Qeyd edək ki, "Sabah" Gürcüstandakı ilk yoxlama matçında "Şukura" klubuna 1:0 hesabı ilə qalib gəlib.