No Image
No Image

Sabah güclü külək əsəcək, qar yağacaq - XƏBƏRDARLIQ

Sabah güclü külək əsəcək, qar yağacaq - XƏBƏRDARLIQ
Sabaha gözlənilən hava proqnozu açıqlanıb.
 
Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin  dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi səhər güclü şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu  Abşeron yarımadasında gecə 4-6 dərəcə isti,  gündüz  8-10 dərəcə isti, Bakıda gecə 4-6 dərəcə isti,  gündüz 8-10 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 760 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək, nisbi rütubət  70-80 faiz olacaq.

Martın 7-də Abşeron yarımadasında güclü xəzri küləyinin əsməsi və atmosfer təzyiqinin xeyli tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir. 

Sabah Azərbaycanın rayonlarında şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclü olacaq. Havanın temperaturu  gecə 2-6 dərəcə isti, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.

Turan Bank

OXŞAR XƏBƏRLƏR

Hərbi Qənimətlər Parkında maketlərə toxunmaq, texnikaların üzərinə çıxmaq olmaz XƏBƏRDARLIQ - VİDEO

Bu günlərdə istifadəyə verilən Hərbi Qənimətlər Parkına gələn bəzi şəxslər sanki buranın bir muzey olduğundan xəbərdar deyillər. Onların içərisində elələri var ...

Kişilərə şəkillərini göndərən gəlinin anası DANIŞDI: "Qızımı qayınanası və əri..."- VİDEO

 ARB kanalında yayımlanan "Elgizlə izlə" verilişində şok anlar yaşanıb. Sfera.az  xəbər verir ki, bir müddət öncə həmin verilişə müraciət edən Rah...

"Qiyməti 17 min manatdan başlayır, 130 min manatadəkdir"

Aprelin 20-də Hacıqabul Sənaye Məhəlləsinin açılışı olub. Sfera.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edi...

Konstitusiya Məhkəməsinin növbəti iclası keçirildi

Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında növbəti məh...

Samuxda yas mərasimi keçirmək istəyən şəxslər saxlanıldı

Samux Rayon Polis Şöbəsinə (RPŞ) rayonun İnstitut qəsəbəsində yas mərasiminin keçirilməsi barədə məlumat daxil olub. Daxili İşlər Nazirliyinin Mətbuat Xid...

Qadın 2 yaşlı qızına görə 10 yaşlı oğlanın cinsiyyət orqanını kəsdi - VİDEO

ATV kanalında yayımlanan "Bizimləsən" verilişinə qonaq gələn qadın şok açıqlamalar verib.  Aidə Əzizova adlı qadın qonşusundan şikayətlənib. Onun söz...