Sabah güclü külək davam edəcək - HAVA PROQNOZU

Sabah güclü külək davam edəcək - HAVA PROQNOZU
 Mayın 31-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. 

Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata görə, səhər duman olacaq, güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 17-19, gündüz 20-24, Bakıda gecə 17-19, gündüz 22-24 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 760 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 40-45 faiz təşkil edəcək.

Mayın 31-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir.

Səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 16-21, gündüz 30-35, dağlarda gecə 8-13, gündüz 15-20 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz:

Mayın 30-u gündüzdən 31-i axşamadək Abşeron yarımadasında güclü xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

OXŞAR XƏBƏRLƏR

Bakıda ekspres avtobuslar yenidən fəaliyyətə başladı

  Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırıldığından bu gündən etibarən M1, M2, M3, M4, M5, M6 və M7 ekspres xətlərinin fəaliyyəti bərpa o...

Ermənistan sutka ərzində atəşkəsi 57 dəfə pozdu

  Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində gərginliyi artırmaq məqsədilə iriçaplı silahlardan da istifadə etməklə sutk...

Azərbaycanlı aparıcının anası koronavirusa yoluxdu FOTO

Aparıcı Pərvin Əsgərlinin anası koronavirusa yoluxub.    Sfera.az-ın məlumatına görə, bu haqda Pərvinin özü xəbər verib: "Bu gün səhər anamın "Artıq...

Azərbaycanda bu məhdudiyyət aradan qaldırıldı

Bu gündən - İyulun 6-dan xüsusi karantin rejiminin uzadılması ilə əlaqədar ictimai nəqliyyatın (avtobusların) fəaliyyətinə qoyulan məhdudiyyət aradan qaldırılıb...

Nazirdən 190 manatlıq sosial yardımla bağlı VACİB AÇIQLAMA

Xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar işsiz qalan və günəmuzd işləyən şəxslərə 190 manat birdəfəlik ödəmənin verilməsinə yaxın günlərdə başlanacaq. ...

“Fairmont Hotel”də karantini pozan və jurnalistləri təhqir edən şəxsin kimliyi bəlli oldu – FOTO/VİDEO

Xüsusi karantin rejimini pozaraq "Fairmont Baku” hotelində istirahət edən, görüntülər yayıldıqdan sonra isə jurnalistləri təhqir edən şəxsin kimliyi müəyyənləşi...