Sabah bu yollarda hərəkət məhdudlaşdırılacaq

Sabah bu yollarda hərəkət məhdudlaşdırılacaq
Sabah ümummilli lider Heydər Əliyevin doğum günü münasibətilə Fəxri xiyabana ziyarətlə əlaqədar paytaxtın bir sıra küçə və prospektində hərəkət məhdudlaşdırılacaq.

Sfera.az xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov bildirib ki, sabah Fəxri xiyaban istiqamətində hərəkət edən vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə səhər saatlarından tədbir tam başa çatanadək Parlament prospekti boyu bütün nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət qoyulacaq.

Belə ki, Mikayıl Müşfiq küçəsi ilə Hüseyn Cavid prospektinin kəsişməsində, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsində, Mehdi Hüseyn küçəsi 1, yəni Teleteatrın binasının yanından, eyni zamanda Milli Məclisin arxasından Parlament prospekti istiqamətində nəqliyyatın hərəkəti məhdudlaşdırılaraq hərəkət istiqaməti dəyişdiriləcək.

Sürücülərdən və avtomobil sahiblərindən bu istiqamətdə şəxsi avtomobillərindən mümkün qədər az istifadə etmələri xahiş olunur.

OXŞAR XƏBƏRLƏR

Vilayət Eyvazovdan DYP-də kadr dəyişikliyi

 Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə yol polisində daha bir yerdəyişmə edilib. Sfera.az xəbər verir ki, Bakı şəhər Dövlə...

Şəmkirdə yasa gələnlər polisə aparıldı - VİDEO

  Şəmkir Rayon İcra Hakimiyyəti başçısı yanında yaradılan Operativ Qərargah tərəfindən rayonda koronavirus panidemiyasının yayılmasının qarşısının alınmas...

Bakıda 544 küçə dezinfeksiya edildi

 Bu gün Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən paytaxdakı əsas küçə və prospektlərdə, həmçinin qəsəbələrdə kommunal təsərrüfat xidmətlərini...

Pambıq yox, meyvə-tərəvəz əkmək, damcı suvarmaya keçmək lazımdır - Milyarder Fərhad Əhmədov susuzluqdan yazdı

Daha çox su tələb edən əkinçilikdən daha az su tələb edən əkinçiliyə və texnologiyalara keçmək lazımdır”...    Azərbaycanda son günlərin ən aktua...

İcazəsi olan bu şəxslər belə cərimələnə bilər — RƏSMİ AÇIQLAMA

 Sərt karantin tətbiq edilən ərazilərdə fəaliyyət göstərən taksilər icaze-e.gov.az portalından qeydiyyatdan keçməlidir. Sfera.az xəbər verir ki, bunu...

«Qara bazar» və Mxitaryan: azərbaycanlılara təhqir

Dövlət tərəfindən qanunsuz mərc oyunlarına qarşı ciddi mübarizə aparılmağına baxmayaraq müntəzəm olaraq Bakıda və regionlarda qanunsuz fəaliyyət göstərən oyu...