No Image
No Image

Saatlıda ağır yol qəzası oldu, ölən və xəsarət alan var

Saatlıda ağır yol qəzası oldu, ölən və xəsarət alan var

Saatlıda 1 nəfərin ölümü, 1 nəfərin isə xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə bu gün axşam saatlarında şəhərin H. Əliyev prospektində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "VAZ-2107” markalı avtomobil "TIR” yük maşını ilə toqquşub.

Qəza nəticəsində minik avtomobilində olan Saatlı rayonunun Ağarəhimli kənd sakinləri, 1983-cü il təvəllüdlü Zeynalov Vahid Zakir oğlu hadisə yerində ölüb, Məmmədov Vüsal Əbülfət oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanada ilk tibbi yardım göstərildikdən sonra vəziyyəti ağır olduğundan paytaxt Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.

Ölən və yaralının rayonda fəaliyyət göstərən "Barkot” firmasının işçiləri olduğu bildirilir.

Faktla bağlıaraşdırma aparılır. // "Report"

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Hövsandakı yanğına görə stansiya rəisi cəzalandırıldı

İyulun 31-də, saat 23:00 radələrində "Azərsu” ASC-yə məxsus Hövsan Aerasiya Stansiyasının ərazisində yanğın baş verib və yanğınla əlaqədar yerində araşdırma apa...

Polis Bakıda reyd keçirdi, avtobus sürücülərinə xəbərdarlıq edildi

Koronavirus pandemiyasının geniş miqyasda yayılmasının qarşısının alınması istiqamətində paytaxtın Suraxanı rayonu ərazisində qapalı məkanlarda, o cümlədən, ic...

Lənkəranda baş verən yanğın söndürüldü

Lənkəran rayonunun Moloja kəndi yaxınlığında meşə massivində baş verən yanğın  Dövlət Yanğından Mühafizə Xidmətinin bölmələri tərəfindən söndürülüb. ...

Əfqanıstanda nazirin evinə basqın zamanı 8 nəfər öldü

Əfqanıstanın müdafiə naziri general Bismillah Xan Məhəmmədinin evinə silahlı basqın edilməsi nəticəsində 8 nəfər həlak olub.  Sfera.az xəbər verir ki...

Qohumuna saxta əlillik pensiyası düzəldən baş həkimə cinayət işi açıldı

Saatlı Rayon Mərkəzi Xəstəxanasında saxta əlillik dərəcəsinin verilməsi ilə bağlı daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb. ...

Bakı çimərliyində kütləvi dava - Qıza söz atdığına görə - VİDEO

Pirşağı çimərliyində qadına söz atmaq üstündə dava düşüb. Sfera.az xəbər verir ki, istirahətə gələnlərdən birinin digər şəxsin yanında olan qadına söz atm...