Rusiyanın taktiki qələbəsi: "Moskva vədlərə, sazişlərə uyğun siyasət yürütsəydi..."

Rusiyanın taktiki qələbəsi:
"Şimal axını-2” qaz kəmərinin tikintisi başa çatdı. Bununla da Rusiya taktiki qələbə çaldı".

Sfera.az bildirir ki, bunu "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Şimal axını-2” qaz kəmərinin tikintisinin başa çatmasının siyasi tərəfləri haqda danışarkən deyib.

Ekspertin sözlərinə görə, Rusiya sahillərindən Baltik dənizinin dibi ilə Almaniyaya qədər uzanan boru kəmərinə gələn aydan qaz dolduracaq:

"Boru kəmərinin illik nəql gücü 55 milyard kubametr qazdır. Rusiya bununla ciddi üstünlüklər əldə etdi.

Birincisi, Vaşinqtonun boru kəmərinə qarşı müqaviməti nəticə vermədi və ABŞ Prezidenti Co Bayden etiraf etdi ki, tikintisi başa çatmaqda olan boru kəmərinin qarşısını ala bilməyəcəklər. 

İkincisi, Avoparadakı ekoloqların "yeni boru kəməri ətraf üçün təhlükə mənbəyidir” tipli etirazlarını eşidən olmadı. 

Üçüncüsü, Rusiya Ukraynadan yan keçən boru kəməri ilə Avropaya qaz nəql edəcək. 

Doğrudur, Moskva Berlinə vəd verib ki, Ukraynadan keçən boru kəmərindən də istifadə ediləcək. Ancaq Moskvanın vədinə inanmağın yanlış olduğunu elə həmin Ukraynada yaxşı bilirlər. Moskva vədlərə, sazişlərə uyğun siyasət yürütsəydi, 1994-cü ildə Budapeştdə imzalanan sazişə zidd olaraq Ukraynanı parçalamaz və Krımı ilhaq etməzdi”.

Politoloqun sözlərinə görə, Moskva boru kəmərinin tikintisinin başa çatmasına və müxtəlif istiqamətlərdən gələn təzyiqləri neytrallaşdırdığına görə sevinir, ancaq Kremlin Rusiyanın gələcəyini düşünməsində fayda var:

"Rusiyanın Avropada əsas qaz alıcısı Almaniyadır. Bu ölkənin kansleri Angella Merkel isə bəyan edib ki, 20 ildən sonra Almaniya Rusiyadan daha qaz almayacaq və nə "Şimal axını” marşrutuna, nə də Ukraynadan keçən boru xəttinə ehtiyac duyacaq. Berlin 2045-ci ildən yaşıl enerjiyə keçidi tamamlayacaq. Əlbəttə, Moskva 20 il üçün rahatlığını qoruya bilər, ancaq sonra mürəkkəb illəri başlayacaq. Rusiyanın 20 il ərzində enerji daşıyıcılarından qurtulacağını gözləmək bəsdir, neft və qaz satışından asılı olan ölkənin alternativ iqtisadiyyat yaradacağına heç özləri də inanmır”.

Turan Rzayev
Sfera.az
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Dünyanın ən zəngin 5 ailəsi – 238 milyard dollarlıq sərvət...

Blomberq dünyanın ən zəngin ailələri barədə yazı yayımlayıb.   Sfera.az xəbər verir ki, siyahıda qeyd olunan ailələrin sərvəti pandemiya dönəmində azalma...

Qara dəniz qazı Türkiyənin tələbatının 33 faizini ödəyəcək

Türkiyə, Qara dənizdə kəşf etdiyi yataqlarda ən yüksək hasilat səviyyəsinə 6 ildən sonra çatacağını proqnozlaşdırır.  Sfera.az "Bloomberg”ə istinadən...

MDB ölkələrinə uçuş 1 ayda 111 manat BAHALAŞIB

Bu ilin avqustunda Azərbaycandan MDB ölkələrinə uçuş qiymətləri bir qədər də artıb.  Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, MDB ölkələr...

“Brent” markalı neftin qiyməti ən yüksək səviyyəyə çatdı

Dünya bazarlarında "Brent” markalı neftin qiyməti 1%-dən daha artıq bahalaşıb və 2018-ci ilin noyabrında qeydə alınmış 79 ABŞ dolları səviyyəsini ötüb. Sf...

Taxtanın qiyməti hər ay rekord qırır – Bahalaşma 40 faizi ötdü

Artıq bir ildir ki, hər ay Azərbaycanda taxtanın qiymətində rekord göstərici qeydə alınır. Davamlı bahalaşma hesabına ötən ay kəsilmiş taxtanın bir kub metrinin...

Neftin qiyməti 80 dollara yaxınlaşır

Neft qiymətlərində yüksəlmə bu həftənin ilk gününüdə də davam edir. Artıq "Brent” markalı neftin qiyməti 78 dolları ötüb. Qiymət artımlarını şərh edən birja ana...