Rusiyanı irəli aparan Azərbaycanın aldığı silahlar

Rusiyanı irəli aparan Azərbaycanın aldığı silahlar

2011–2015 illər ərzində dünyada ən çox silah ixracatçıları ABŞ və Rusiyadövlətləri olub. ANS PRESS-in məlumatına görə, bu barədə "Yearbook - 2016” dünya silah ticarəti haqqında məruzəyə əsasən Stokholm Beynəlxalq Sülh Problemlərini Araşdırma İnstitutunun hesabatında bildirilir.

Sənədə əsasən, bu dövr üçün silah ticarətinin həcmi 14% artıb. Dünyanın ən böyük silah ixracatçısı siyahisinda ABŞ liderdir, ikinci mövqedə Rusiya qərarlaşıb. Bu iki dövlət 58% bütün silahları satır. Həmçinin üç ən böyük idxalçı Çin, Fransa və Almaniya sayılır.

Məruzənin məlumatına görə, qlobal bazarda 25% pay Rusiyaya aiddir, bu halda 2011–2015 illər ərzində ruslar öz ixracını 28% artırıb. Həmçinin qeyd edilir ki, 2014 və 2015-ci il satış həcmləri azalıb.

Özüyeriyən
Özüyeriyən "Buratino” kompleksi

ABŞ-ın əsas müştəriləri siyahısında Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Türkiyə yer alır

Sənəddə Rusiya silahının alıcıları olan ən böyük ölkələr haqqında da informasiya var. Beş il ərzində Rusiya 50 ölkəyə silah satıb. Onların arasında Rusiyadan silah alma üzrə lider Hindistan (39%) olub. 11% göstərici ilə  Çin və Vyetnam ikinci yerdə qərarlaşıb.

Rusiya 6,4% silah satışını Avropaya edib. Regiona ixracın həcminin 2,64%-i Azərbaycanla müqavilələrin hesabına böyüyüb. ABŞ-ın əsas müştəriləri siyahısında Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Türkiyə yer alır.

Ötən il IHS Global Insight təşkilatı ən çox silah satan ölkələrin adını açıqlayıb. Siyahıya ABŞ başçılıq edib. Rusiya ikinci Fransa isə ücüncü sırada yer alıb. İlk beçliyi Böyük Britaniya və Almaniya tamamlayıb.

Hərbi jurnalist, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov
Hərbi jurnalist, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov

Rusiyanın silahlarının regiona ixrac həcminin 2,64%-i Azərbaycanla müqavilələrin hesabına artmasına münasibət bildirən hərbi jurnalist, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov ANS PRESS-ə bildirib ki, Azərbaycanın son zamanlar bir çox ölkələrdən silah aldığını və bunların arasında Rusiyanın da olduğunu qeyd edib.

"Azərbaycan son bir neçə ildə xaricdən ən müasir silahlar alıb. Biz bunu heç gizlətmirik. Azərbaycan bu silahların alınmasında torpaqlarının işğalda qalması, yeni silahların modernləşdirilməsi, hərbi infrastrukturunun genişləndirilməsi və digər məsələləri nəzərə alıb. Azərbaycan Rusiyadan savayı bir çox ölkələrdən ən müasir silahlar alır. Bunların arasında Türkiyə, İsrail, Pakistan, Rumunya və Ukrayna kimi ölkələr var. Bunları bir yerdə götürəndə deməzdim ki, Rusiyadan alınan silah faizi çoxdur.

Son vaxtlar regionda gərgin vəziyyət yaranıb. Xüsusilə də Türkiyənin Suriyamünaqişəsi ilə bağlı. Həmçinin Rusiyanın davamlı şəkildə Ermənistanı silahlandırması heç də yaxşı niyyətlərdən xəbər vermir. Bunlar Ermənistanı şirnikləndirə və qudurda bilər. Əlbəttə burada daha çox Türkiyə amili var. Yəni guya Ermənistanın Türkiyədən qorunması və regionda Rusiyanın maraqlarının təmin olunmasıdır”, - deyə Üzeyir Cəfərov bildirib.

"Smerç” reaktiv yaylım atəş sistemi

"Azərbaycan Rusiya ilə hərbi-texniki sahədə əməkdaşlığın inkişafında maraqlıdır”, - deyə bu barədə bir müddət əvvəl müdafiə sənayesi nazirinin müavini Azad Məmmədov bildirmişdi.

A.Məmmədov bildirib ki, hazırda Rusiya Azərbaycanın hərbi-texniki sahəsində əməkdaşlığın ümumi həcminə görə ölkələr arasında birinci yerdədir. Onun sözlərinə görə, Azərbaycan son vaxtlar Rusiyadan T-90 tankları, ağır aqnomyot sistemləri, özüyeriyən artilleriya sistemi olan "Msta”, zərbə helikopterləri Mi-35M, BMP-3 piyada döyüş maşınları, BTR-82 zirehli maşınları alıb. Hazırda isə iki ölkə arasında AK-74M avtomatlarının istehsalı üzrə lisenziyanın təşkili ilə bağlı müqavilənin reallaşdırması istiqamətində işlər gedir.

"Biz bu müqavilənin ikinci mərhələsinin reallaşdırmasına başlamışıq”, deyə Azad Məmmədov bildirmişdi.


OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...