Rusiyalı jurnalist İranda tutulub

13:29 / 04.10.2019
1777
Rusiyalı jurnalist Yuliya Yuzik İranda saxlanılıb.
Sfera.az bildirir ki, Rusiyanın Tehrandakı səfirliyindən bildirilib ki, məsələdən xəbərdardırlar.
Jurnalistin saxlanılması faktı araşdırılır.
"Azadlıq” radiosunun Rusiya bürosunun xəbərinə görə, Y. Yuzik İsrail xüsusi xidmət orqanları ilə əməkdaşlıqda şübhəli bilinir. Yaxın günlərdə onun məhkəməsi keçirilməlidir. (APA)