Rusiyalı ekspert: Paşinyanın populizmi sağlam düşüncə çərçivəsinə sığmır

Rusiyalı ekspert: Paşinyanın populizmi sağlam düşüncə çərçivəsinə sığmır

Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə nizamlanmasının qarantı olan ölkələrə meydan oxuyur, Yerevanın Azərbaycanla sülhə hazır olmadığına açıq şəkildə eyham vurur.

Bunu Oxu.Az-a açıqlamasında beynəlxalq münaqişələr üzrə rusiyalı ekspert Yevgeni Mixaylov deyib.

"Nikol Paşinyanın Xankəndində çıxışı coşqun fantaziyanın uçuşmasına daha çox oxşayır və fikrimcə, Ermənistan əhalisi bunu gözəl başa düşür. Paşinyan işğal olunmuş ərazilərdə çıxış etməklə Bakıya və Qarabağ münaqişəsini həll etməyə çalışan digər ölkələrə eyham vurur ki, Ermənistan sülhə hazır deyil”, - politoloq N.Paşinyanın ötən gün Xankəndində "Dağlıq Qarabağ Ermənistanın ayrılmaz hissəsidir” sözlərinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Ermənistan Baş nazirinin populist davranışı sağlam düşüncə çərçivəsinə sığmır:

"Bu ya tam laqeydsizlikdir və razılığa gəlməyin vacibliyini başa düşməmək istəyidir, ya da Paşinyan kiminləsə razılağa gəlməyə çalışır və bu davranışı sərgiləmək üçün hansısa təminatlar alıb. İstənilən halda onun etdiyi hər şey sağlam düşüncə çərçivəsinə sığmır. Qeyd etmək lazımdır ki, Paşinyan Xankəndindəki çıxışı ilə sübut etməyə çalışır ki, Qarabağ erməniləri və Ermənistan bir ölkədir, bu da, həmçinin sülh nizamlanması ilə məşğul olan ölkələrə çağırışdır. Elə təəssürat yaranır ki, Ermənistan və onun lideri onlardan başqa heç kəsin olmadığı paralel gerçəklikdə yaşayır”.

Y.Mixaylov vurğulayıb ki, N.Paşinyanın bəyanatı Ermənistanın daxili auditoriyasına hesablanıb, o, ölkə əhalisi arasında populyarlığını sürətlə itirir:

"Paşinyanın populyarlığını itirməsi aşkardır və o, erməni millətinin böyük gələcəyi haqqında populist çıxışlar edir. Ermənistanın nəinki 5 milyon əhalisi olmayacaq, hətta qeyd edilən 3 milyon əhalidən yalnız miqrasiya üçün pulu çatmayanlar ölkədə qalacaq”.


OXŞAR XƏBƏRLƏR

Baş nazir Səbuhi Məmmədov vəzifəsindən AZAD EDİLDİ - FOTO

Naxçıvan Muxtar Respublikasının baş naziri vəzifədən azad olunub. Sfera.az xəbər verir ki, Naxçıvan Ali Məclisinin qərarı ilə MR baş naziri Səbuhi Məm...

Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalandı - FOTO

Ölkənin aparıcı banklarından olan Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Yelo Bank-ın Baş ofis...

“ATACMS”ların Ukraynaya verilməsi Rusiyanı təhlükə altında qoyur" - Antonov 

“ABŞ-nin “ATACMS” raketlərinin Ukraynaya verilməsinə haqq qazandırmaq olmaz, çünki bu, Krım və Rusiyanın digər regionları üçün təhlükəsizlik t...

Aprel çağırışı yekunlaşır - FOTO

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aparatında müddətli həqiqi hərbi xidmətə aprel çağırışının yekunları ilə bağlı Mərkəzi Çağırış Komis...

“Azərbaycan Rusiya üçün əhəmiyyətli tərəfdaşdır” – Deputat

"Prezident İlham Əliyevin 22 aprel tarixində Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşü keçirilib. Bu görüş olduqca əhəmiyyətli x...

Təbrizdə Ermənistanın Baş konsulluğu açılacaq

Yaxın vaxtlarda Təbrizdə Ermənistanın Baş konsulluğu açılacaq.   Sfera.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, hökumətin bu gün ...