Rusiyalı ekspert: \"Mübariz Mənsimovun vergi cinayətləri təsirsiz ötüşməyib\"

Rusiyalı ekspert: \

"Rusiya və bu ölkənin şirkətləri Mübariz Mənsimovun oğurladığı vəsaitlərin qaytarılmasını tələb edə bilər".

Bunu "Report”a rusiyalı politoloq Yevgeniy Mixaylov Türkiyədə azərbaycanlı iş adamı Mübariz Mənsimovun həbs edilməsini şərh edərkən deyib.

"Məlum olduğu kimi, Rusiyanın səbri çoxdur, amma bir gün qanunları pozaraq dövlətdən milyardlarla vəsait oğurlayanlar layiqli cəzalarına çatırlar. Mübariz Mənsimovun da iri məbləğdə törətdiyi vergi cinayətləri nə onun özü üçün, nə də Rusiya büdcəsi üçün təsirsiz ötüşüb. Yəqin ki, onun Türkiyədə saxlanılması həm də Moskvadan göndərilmiş sorğu əsasında ola bilər. Əgər belə olubsa, Rusiya tərəfi çox güman ki, onun ölkəmizdə də törətdiyi vergi cinayətlərinə dair çox sayda təkzibolunmaz dəlilər təqdim edib”.

 

Mübariz Mənsimov

 

Rusiyalı politoloq onun daha əvvəl çalışdığı Rostov-Don şəhərində M.Mənsimova məxsus şirkətlərdən birinin qeydiyyatda olduğunu bildirib: "2012-2013-cü illərdə Rusiyada iş adamları kütləvi şəkildə vergidən yayınmaq üsullarından yararlanırdı. İndi də bütün bunlar məntiqi nəticəyə gətirib çıxarır. Türkiyəli iş adamı da sadəcə vəziyyəti başa düşməyib və məncə, yerinə yetirə bilməyəcəyini bilə-bilə öhdəliklər götürüb, yəni açıq-aşkar dələduzluqla məşğul olub”.

O, hazırda Rusiya ilə Türkiyə hüquq-mühafizə orqanları arasında qarşılıqlı əməkdaşlığın olduğunu söyləyib: "Bu halda iş adamının Rusiyaya təhvil veriləcəyi inandırıcı görünməsə də, şübhə etmirəm ki, Türkiyə tərəfinin xoş məram göstərəcəyi halda həm ölkəmizin, həm də aldadılmış şirkətlərin pulları qaytarıla bilər. Ölkələrimizin prezidentləri də dəfələrlə sübut ediblər ki, Rusiya ilə Türkiyə uzunmüddətli əməkdaşlığı qarşıya məqsəd qoyublar”.


OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...