Rusiyada son sutkada 5 475 nəfər COVID-19-a yoluxub

Rusiyada son sutkada 5 475 nəfər COVID-19-a yoluxub
 Rusiyada son sutka ərzində daha 5 475 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Sfera.az xəbər verir ki, Rusiyada COVID-19-a yoluxanların sayı 828 990 nəfərə çatıb.

Son sutka ərzində 169 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 13 673 nəfərə çatıb.
 
Xəstəlikdən sağalanların sayı 620 333 nəfərdir.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Braziliya və Hindistandan sonra dördüncü yerdə gəlir.

OXŞAR XƏBƏRLƏR