Rusiyada azərbaycanlı reket tutulub

Rusiyada azərbaycanlı reket tutulub

Rusiya Daxili İşlər Nazirliyinin (DİN) Moskva vilayəti üzrə idarəsi mütəşəkkil cinayətkar dəstənin üzvü olan Azərbaycan vətəndaşını ələ keçirib.

Adı açıqlanmayan Azərbaycan vətəndaşının da daxil olduğu dəstənin üzvləri iyun ayının 1-də Moskva vilayətinin Lyubertsı şəhərindəki kafedə bir kişi ilə görüşüb və ondan 30 milyon rubl (ilkin olaraq məbləğ 1 milyon rubl olub, zamanla bu səviyyəyə çatıb - red.) tələb ediblər. İstədikləri məbləği əldə edə bilməyən dəstə üzvləri qurbanını şəhər ətrafında yerləşən qəbristanlığa aparıblar və burada onu diri-diri basdırıblar. Bu da nəticə verməyincə, dəstən üzvləri həmin şəxsi qohumlarına zəng etməyə məcbur ediblər. Qohumlardan yalnız 1 milyon rubl və avtomobil ala bilən reketlərdən yalnız 1 nəfər - Azərbaycan vətəndaşı hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Hazırda həmyerlimiz istintaqa ifadə verir.


Dəstənin digər üzvlər axtarışdadır. Onlar barəsində Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 163-cü maddəsi ilə cinayət işi açılıb. Dəstə üzvlərinin işgəncələrinə məruz qalan şəxs isə həkim nəzarətində saxlanılır. Bildirilir ki, o, müxtəlif dərəcəli sınıq və travmalar alıb. (apa)

 

Sfera.az


OXŞAR XƏBƏRLƏR