Rusiya XİN sözçüsündən əsəbi reaksiya: “Bu, lap ağ oldu...”

Rusiya XİN sözçüsündən əsəbi reaksiya: “Bu, lap ağ oldu...”
Qərb mediasının Donbasdakı vəziyyətlə bağlı reportajları Rusiya tərəfinin kəskin etirazına səbəb olub. Rusiya tərəfi hesab edir ki, CNN kanalının komandası Rusiya texnikası ilə Ukrayna texnikasını ya bilərəkdən, ya da təsadüfən bir-birindən seçə bilməyib. 
 
Sfera.az-ın Pravda.ru-ya istinadla məlumatına görə, CNN-nin hazırladığı reportajda "Rusiya texnikasının Ukrayna sərhədlərinə gətirilməsi" kimi təsvir olunan bir məqam var. Amma görüntülənən Ukrayna ərazisindəki Ukrayna tanklarıdır.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Maria Zaxarova  Facebook -da CNN-in yarıtmaz işini tənqid edib. Sözügedən olayı "ədəbsizlik” kimi qiymətləndirən Zaxarova  CNN jurnalistlərindən peşələrinə daha çox vaxt ayırmalarını xahiş edib.

"Əziz CNN telekanalı  və onun mehriban kollektivi. Biz başa düşürük ki, liberalizmin təntənəsi naminə ideoloji mübarizəyə o qədər aludə olmusunuz ki, faktları yoxlamağa vaxtınız yoxdur.
 
Amma Ukrayna vaqonlarının fonunda görüntülənən Ukrayna tanklarını Rusiyanın müharibəyə hazırlığı kimi təqdim etməyiniz lap ağ oldu”,-deyə Zaxarova yazıb.
 
Selcan
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...