Rusiya və Serbiya qazın qiyməti ilə bağlı razılığa gəldi

Rusiya və Serbiya qazın qiyməti ilə bağlı razılığa gəldi
Rusiya növbəti altı ay ərzində Serbiya üçün qazın qiymətini 270 ABŞ dolları səviyyəsində saxlayıb.

Sfera.az xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandr Vuçiç Soçidə rusiyalı həmkarı Vladimir Putinlə danışıqların yekunlarına əsasən bildirib.

Vuçiç qeyd edib ki, fevralın sonuna qədər ölkəsinin 30 milyon kubmetrə yaxın qaza ehtiyacı var, may-iyun aylarında isə 4-5 milyon kubmetr qaz lazımdır:

"Prezident Putin Serbiyaya müstəsna dostluq nümayiş etdirdi: qazın qiymətini inanılmaz dərəcədə 270 dollara ala bildik. Bizim üçün qiymət dəyişmir, eyni olaraq qalır. Altı ay ərzində qazın həcmini, eləcə də təchizatın çevikliyini artırmaq barədə razılığa gəldik".

"Hazırda Avropada 70 milyard kubmetr qaz qıtlığı var. Deməli, bu, bizim üçün xilas kimidir, nə işıq, nə də qaz problemimiz olacaq", - Serbiya lideri əlavə edib.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Türkiyədə “Omicron” aşkarlanıb?

Türkiyədə son sutkada COVID-19-dan 189 nəfər ölüb. Sfera.az xəbər verir ki, son sutkada 358 816 nəfər test edilib, onların 24 317-nin nəticəsi pozitiv çıx...

"Omikron" təhlükəsinə qarşı SƏRT TƏDBİRLƏR başladı

Koronavirusun "Omikron" ştammının yayılması riski bir sıra ölkələri sərt tədbirlərə məcbur edib. Sfera.az xəbər verir ki, bununla bağlı İsveçrənin Lüsern ...

“Pfizer” yeni vaksin hazırlığına başladı

Amerikanın "Pfizer” şirkəti koronavirusun "omicron” ştamının yaranması fonunda yeni peyvənd hazırlamağa başlayıb və yeni vaksin 100 gündən az müddətdə hazır ola...

“Omicron”un geniş yayılacağını gözləyirik”

ABŞ-da COVID-19-un yeni ştamı olan Omicron"un yayılması fonunda sərt məhdudiyyətlərin tətbiq edilməyəcəyi gözlənilir. Sfera.az xəbər verir ki, bunu ABŞ-ın...

İstanbulda güclü külək dörd nəfərin həyatına son qoydu - FOTOLAR

Türkiyənin bir çox hissəsində əsən güclü külək İstanbulda da fəsadlar törədib. Sfera.az xəbər verir ki, Esenyurtda küləyin uçurduğu dam iki nəfərin üzərin...

“Zəngəzur dəhlizi” məsələsi həllini tapıb - Ərdoğan

"Soçidə Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli görüş keçirilib. Qardaşım İlham Əliyev mənə görüşün çox məhsuldar keçdiyini dedi”.  ...