Rusiya Qarabağ müharibəsinə niyə qarışmamalıdır? – Tanınmış rusiyalı ictimai xadim prosesi təhlil etdi

Rusiya Qarabağ müharibəsinə niyə qarışmamalıdır? – Tanınmış rusiyalı ictimai xadim prosesi təhlil etdi

Tanınmış rusiyalı ictimai xadim Alfred Kox özünün şəxsi facebook hesabında İkinci Qarabağ müharibəsi və Ermənistanın Qarabağ məsələsində yol verdiyi bağışlanılmaz səhvlə bağlı fikirlərini bölüşüb.


Sfera.az sözügedən maraqlı və məntiqli təhlili oxucularına təqdim edir:


Təbii ki, səhv edə bilərəm,səhv edə bilərdim, amma mənə elə gəlir ki, erməni elitası (red.ya da indi deyildiyi kimi - elitaları) fundamental bir səhvə yola verib və bu səhvə görə Ermənistan(red. Dağlıq Qarabağ, Artsax kimi evfemizmlərin araxasında gizləndiyimiz yetər) müharibəni uduzub Dağlıq Qarabağı itirəcək.


Məsələ burasındadır ki, bu münaqişənin həllində vasitəçilik edən üç ölkədən (ABŞ, Fransa və Rusiya), yalnız Rusiyanın Ermənistan tərəfdən münaqişəyə müdaxilə etmək ehtimalı var, amma bu ehtrimal belə yox dərəcəsindədir.

 

Amerikalı, yaxud fransalı əsgərlərin Qarabağa gəlib öz canları hesabına erməniləri azərbaycanlılardan (ola bilsin, həm də türklərdən) qoruyacağına heç bir ümid yoxdur.

 

Beləliklə, hərbi məğlubiyyətdən və Azərbaycan ordusunun Dağlıq Qarabağı zəbt etməsindən (red. bunun kədərli nəticələrini təsəvvür etmək o qədər də çətin deyil) qaçınmaq üçün nəinki diplomatik, eyni zamanda hərbi səviyyədə də Rusiyanı bu münaqişəyə cəlb etməlidir.

 

Amma həm Ermənistanın özü, həm də Rusiyadakı erməni diasporu bunun üçün tamamilə yanlış bir strategiya seçdi. Ermənilər bütün səylərini Rusiyanın hərbi-siyasi hakimiyyəti ilə yaxşı, hətta etibarlı əlaqələr qurmağa yönəltdilər.


Bundan əlavə, erməni təbliğatçıları ( red. bu arada Simonyan-Keosayan cütlüyünü xatırlamaya bilmirəm)Cani dildən Kremlə xidmət edirdilər və onun xatirinəən iyrənc pisliyə bulaşmaqdan belə çəkinmirdilər. Təkcə "Solsberi kilsəsi ilə bağlı” müsahibə nəyə desən, dəyər...


Amma Ərdoğan (red. elə Əliyev də ondan geri qalmır) kimi ciddi rəqiblə cəng meydanına girəndə Rusiya bossları ilə yaxşı münasibətlər heç bir əhəmiyyət kəsb etmir və çoxsaylı itkilərin, ciddi problemlərinqarşısını almağa kömək etmir.

 

Kreml buna (red.buna adım kimi əminəm) iki halda gedə bilər (red. özü də bu iki halın üst-üstə düşməsi pis olmaz: bu müharibə Rusiya cəmiyyətinin böyük bir hissəsi tərəfindən dəstəklənərsə və Rusiyaya hansısa dividentlər (əlavə ərazi , yaxud ciddi maddi qazanc şəklində) qazandırarsa.

 

Məlum münaqişəyə müdaxilə Rusiyaya sadalananlardan heç birini qazandırmayacaq. Rusiya cəmiyyətinin bu müharibəyə heç bir xüsusi marağı yoxdur, çünki onu "özününkü” saymır. Bu üzdən Kreml bu müharibəyə qatılsa heç bir xal qazanmayacaq (red. çox guman ki, əksinə itirəcək).

 

Amma Krımın ilhaqı ilə bağlı məsələ tam başqa idi. O zaman bütün rusiyalı "obivatellər” vətənpərvərlik eyforiyası yaşamışdı və düz beş il boyu Putin zəmanətli yüksək reytinqə sahibi olmuşdu.

 

Bu münaqişə Kreml üçün heç nə vəd etmir. Kremlin yeganə qazancı yalnız tabut axını və insanların səssiz nifrəti ola bilər.


Buna görə də mənim cavabım sadədir: əziz erməni lobbiçiləri! Mən hər şeyi anlayıram və hətta müəyyən mənada halınıza acıyıram (hərçənd ki, beynəlxalq hüquq baxımından azərbaycanlıların haqlı olduğunu düşünürəm).


Amma! Siz rus xalqının xoşuna gəlməyə əsla cəhd etmirdiniz. Siz onu açıq-aydın görməzdən gəlirdiniz. Siz Kreml elitasına yarınmağa can atırdınız. Bu yolla hamınız böyük pullar qazandınız və hətta özünüz də Rusiya elitasının bir hissəsi oldunuz.

 

Amma indi sizə lazım olan heç də bu deyil. Kremldəki əlaqələriniz və nüfuzunuz artıq sizə kömək etməyəcək. Sizə gərək olan milyonlarla rusiyalının sevgisi və mərhəmətidir. Bunlar isə yoxdur.

 

Niyə yoxdur? Bəlkə də bu suala (red. çünki sözügedən mövzu buna layiqdir) on cildlik araşdırma yazısı ilə cavab vermək daha doğru olardı. Amma mən sadə cavab verəcəyəm: sevgi və rəğbət ona görə yoxdur ki, siz onları qazanmağa çalışmamısınız. Sizin daha vacib məqsədləriniz vardı.

 

Ədalət naminə demək lazımdır ki, heç Azərbaycan da belə sevgi və mərhəmətə sahib deyil. Amma onun bunlara heç ehtiyacı da yoxdur. Azərbaycanlılar Rusiyadan dəstək gözləmədən öz problemlərini özləri həll edir və öz müttəfiqlərinə arxalanır. Onlar üçün Rusiyanın münaqişəyə müdaxilə etməməsi kifayətdir.

 

Onlardan fərqli olaraq, siz (erməniləri nəzərdə tutur-red.) Rusiyanın dəstəyinə ehtiyacınız olduğunu həmişə bilmisiniz! Həmişə bilmisiniz ki, Rusiyasız yaşaya bilməzsiniz! Bəs nədən uzaqgörən olmadınız? Siz ki, qədim, qüdrətli, hər çür çətinliyə sinə gərib ayaqda qalmağı bacaran müdrik bir xalq olduğunuzu aləmə car çəkirsiniz. Bəs niyə belə aldandınız?

 


https://www.facebook.com/permalink.php?story_fbid=3735175286516169id=100000712037223

Tərcümə etdi: Selcan

Sfera.az

OXŞAR XƏBƏRLƏR

Ermənistan əsirləri “hamının hamıya” prinsipi ilə dəyişməyə razılaşdı

Ermənistan baş nazirinin birinci müavini Tiqran Avinyan Rusiyanın ölkədəki səfiri Sergey Koprikinlə görüşüb. Sfera.az Ermənistan KİV-nə istinadən xəbər ve...

“Bəs Xocalı, Xankəndi, Xocavənd?” deyənlərə CAVAB

"Geniş izah verdim, bəzi dostlar oxumadan yenə sual verdilər, "Bəs Xocalı, Xankəndi, Xocavənd?!” Legitim suallardır, amma artıq hökumətin edəcəyi bura qədər idi...

Prezident “Vətən Müharibəsi Qəhrəmanı” adı ilə bağlı QANUN İMZALADI

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının "Vətən Müharibəsi Qəhrəmanı” adının təsis edilməsi haqqında" qanunu imzalayıb. Sfera.az  xəbər ver...

Moldava Azərbaycanın müharibə təcrübəsindən ruhlanıb – Mayya Sandunun dirənişi

"Moldovada da Azərbaycandakı prosesə presedent olaraq bir şeylərin olacağını gözləyirəm”. Sfera.az-a açıqlamasında bu sözləri Moldova Prezidenti Mayya S...

İlham Əliyev üçtərəfli bəyanatın detallarını açdı - İLK DƏFƏ

"Bildirməliyəm ki, noyabrın 10-da imzalanmış Bəyanat icra edilir. Burada istərdim ki, Azərbaycan xalqı da bilsin, bəzən buna noyabrın 9-da imzalanmış bəyanat de...

“Dəhlizin ermənilərin nəzarətində qalmasına etiraz etdim” - Prezident

"Laçın rayonunun strateji əhəmiyyəti, eyni zamanda, ondan ibarətdir ki, rayon ərazisindən və Laçın şəhərinin içi ilə Laçın dəhlizi keçir. Bildiyiniz kimi, bu də...