No Image
No Image

Rusiya Azərbaycan və Ermənistana təhvil verilən əsirlərin sayını AÇIQLADI

Rusiya Azərbaycan və Ermənistana təhvil verilən əsirlərin sayını AÇIQLADI
Bu günə kimi Azərbaycanla Ermənistan arasında Rusiya sülhməramlılarının vasitəçiliyi ilə 79 əsir dəyişdirilib.

Sfera.az məlumat verir ki, bu barədə bu gün Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib.

Erməni jurnalistin Azərbaycanda əsirlikdə olan ermənilərin sayı barədə suala cavabında Rusiya XİN rəsmisi Azərbaycan və Ermənistanın məlum məsələyə münasibətlərinin fərqli olduğunu vurğulayıb.

"İrəvan tərəfindən səslənən rəqəmlər mütəmadi olaraq dəyişir. Bakıdan başqa məlumatlar verilir. Məlumatlar arasındakı fərqliliyi nəzərə alıb dəqiqləşdirmək üçün tərəflərə müraciət etməyinizi məsləhət görürəm. Əminəm ki, onlar sizə ətraflı məlumat verəcəklər. Bu günə kimi isə Rusiya sülhməramlılarının vasitəçiliyi ilə ümumilikdə 79 əsir mübadilə edilib. Əsirlərdən 63-ü Ermənistana, 16-sı isə Azərbaycana təhvil verilib. Bu məsələdə bir daha öz mövqeyimizi səsləndirmək istəyirəm: əsirlərin dəyişdirilməsinin optimal formulu "hamının hamıya” prinsipidir. Güman edirik ki, bu məsələnin tez zamanda həlli tərəflərə faciəvi səhifəni qapatmağa, diqqəti iqtisadi sahədə əməkdaşlığı inkişaf etdirməyə yönəltməyə imkan verəcək”, - deyə M. Zaxarova qeyd edib.(APA)


Turan Bank

OXŞAR XƏBƏRLƏR

Rusiya Türkiyə ilə sərhədləri bağlayır? - "Bu baş verərsə, Azərbaycan... "

Bir neçə gün öncə Türkiyənin Ukraynanın suverenliyini, ərazi bütövlüyünü tanıdığını bildirməsi Rusiya tərəfdə qıcıq yaradıb. Belə ki, Rusiya mediasında iki ölkə...

Ermənilər general Rüstəm Muradovu günahkar görür - VİDEO

Bəlkə də daşlar və çin olmayan arzular ölkəsinin cəmiyyətinə solğun və kədərli reallıqdan adi paralel aləmə keçmək üçün kömək edəcək yeganə şey – onun başına gə...

“Türkiyənin Şuşada hərbi qarnizonu olmalıdır"

"Türkiyənin Şuşada hərbi qarnizonu olmalıdır. Bu, bir neçə səbəbdən bizim üçün vacibdir”.   Sfera.az xəbər verir ki, bunu "Atlas” Araşdırmalar Mərkəzinin...

"Biz vasitəçilik etmirdik, gözəl otellərdə gecələyir, bahalı restoranlarda yeyib-içirdik" - Hoqlandın etirafı nələrin üstünü açdı?

ATƏT-in Minsk qrupu həmsədrləri "məsələ ancaq sülh yoluyla həll edilməlidir” açıqlamasını mantra kimi təkrarlayarkən və guya bunun üçün planlar təqdim edərkən b...

İlham Əliyev Bakı metrosu ilə bağlı SƏRƏNCAM İMZALADI

Prezident İlham Əliyev "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 27 fevral tarixli...

Türkiyə hərbi texnikasını Ermənistanla sərhədə yığdı - Bakının “dəmir yumruğ”u və Zəngəzur dəhlizi...

"Naxçıvanda tank əleyhinə hərbi təlimlərin keçirilməsi fonunda bir xəbər diqqət çəkir: Türkiyə yeni hərbi təlimlər keçirmək məqsədilə Ermənistan sərhədinə tank,...