“Rus bölmələrini seçənlər sonradan peşman olacaq” – Təhsil eksperti

“Rus bölmələrini seçənlər sonradan peşman olacaq” – Təhsil eksperti
"Azərbaycan insanı elə düşünür ki, rus dilində təhsil almağa üstünlük vermək onların karyera yüksəlişinə gətirib çıxaracaq”.
 
Bu sözləri Sfera.az-a açıqlamasında Təhsil Nazirliyinin 2021-2022-ci tədris ilində Azərbaycanda ümumi sayın 10,4 faizi olmaqla 161.246 min şagirdin rus dilində təhsil alacağının gözlənildiyi bildirməsinə münasibət bildirərkən, təhsil eksperti Kamran Əsədov deyib:
 
"Digər tərəfdən, mövcud vəziyyətə Azərbaycan dilində tədrisin keyfiyyətinin aşağı olması da öz təsirini göstərib. Azərbaycanda rus bölməsinin abituriyentləri Azərbaycan dilli vətəndaşla müqayisədə ali məktəblərə daha yaxşı qəbul oluna bilir. Bu amil də valideynləri övladlarını rus dilli məktəblərə qoymağa meylləndirir. Başqa bir tərəfdən, təəssüf ki, Azərbaycan bölməsində rüşvət, bayramlarda pul yığılması kimi neqativ hallarla rastlaşırıq. Rus bölməsində isə bunlar yoxdur”.
 
Həmsöhbətimiz qeyd edir ki, rus bölməsində oxuyan uşaqlar gələcəkdə özləri üçün ən yaxşı halda ancaq Rusiya bazarlarında, restoranlarda iş tapacaqlar:
 
"Bəzi insanlar səhv olaraq düşünür ki, rus bölməsində oxumaqla övladları daha istedadlı olacaq. Bəziləri də bu qənaətdədir ki, rus dilini bilməklə Lermontovu, Dostoyevskini originalda oxuyacaqlar. Amma yaxşı baxsalar görəcəklər ki, son illər rusdilli ölkələrdən Nobel mükafatı alanlar yoxdur. Bəzən də valideynlər zənn edir ki, rus dilində oxuyan uşaqlar daha rahat şəkildə iş tapacaqlar. Ancaq onlar Rusiya bazarlarında, restoranlarda ofisiant olaraq iş tapacaq. İndiki zamanda dünyaya çıxış üçün ingilis dilini bilmək rus dilini bilməkdən qat-qat vacibdir. Bu il rus bölməsi üzrə birinci sinifə 16 min uşaq qəbul olunubsa da, 5 ildən sonra onların 50 faizi Azərbaycan bölməsinə keçəcək. Nəticədə həmin uşaqlar tədrisdən geri qalacaqlar. Çünki bu ailələrdə valideynlər rus dilində bilmədiklərindən övladlarına dərsləri mənimsəməkdə yardım əlini uzada bilmirlər”.

Elçin
 
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda vahid məktəbli geyimi dəyişdirilə bilər - VİDEO

"Bakı Tekstil Fabriki" MMC yeni məktəbli formaları hazırlayıb. Yüngül, rahat və isti olan bu formalardan, hələ ki, ölkəmizdə litseylərdə təhsil alan və regionla...

Azərbaycanda məktəb yaşının aşağı endirilməsi təklif edilir

"Düşünürəm ki, qarşımızda duran çağırışlardan biri uşaqların məktəbə başlama yaşıdır. Zənnimcə, hələ də gecdir, çünki 6 yaşda başlayırıq". Sfera.az xəbər ...

Etibar Əliyev: “Məktəblərimizi urvatsız edən kimlərdir?”

Mətbuatı dördüncü hakimiyyət adlandırırlar. Bu heç də onun əlində olan inzibati resurslarla, maliyyə rıçaqları ilə bağlı deyil. Medianın dördüncü hakimiyyət olm...

“Rus bölmələrini seçənlər sonradan peşman olacaq” – Təhsil eksperti

"Azərbaycan insanı elə düşünür ki, rus dilində təhsil almağa üstünlük vermək onların karyera yüksəlişinə gətirib çıxaracaq”.   Bu sözləri Sfera.az...

Bu tələbələr dərsə buraxılmayacaq - AÇIQLAMA

"Tədris prosesinin əyani formaya keçərkən məsələlər bütün müvafiq qurumlarla müzakirə olunub”. Sfera.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali ...

Məktəblərdə yoluxmanın artmaması üçün... - İnfeksionist

Məktəblərdə yoluxmaların artmaması üçün ciddi nəzarət həyata keçirilməlidir. Sfera.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar E...