“Royal Holding” Astarada yüksək sinifli 9 hotel kompleksi tikəcək

“Royal Holding” Astarada yüksək sinifli 9 hotel kompleksi tikəcək
 "Royal Holding” QSC Astarada yüksək sinifli 9 hotel kompleksi tikəcək.

Sfera.az xəbər verir ki, bu gün Bakı Konfrans Mərkəzində keçirilən investisiya layihəsinin təqdimatında şirkətin baş direktoru Ramil Kərimli  bu ambisiyalı plan haqqında ətraflı danışıb:

"Biz Astarada beş ulduzlu kompleksin tikintisi üzrə bir neçə il ərzində apardığımız ilkin layihə işlərinə yekun vurduq. Bizim üçün çox vacib olan odur ki, Azərbaycan Respublikası inkişaf etsin, həm daxili, həm də bütün dünyadan gələn turistlər üçün yeni və maraqlı lokasiyalar yaradılsın. Turizm ən dinamik inkişaf edən sahədir və bu trend bizim xoşumuza gəlir.

Astara özünün qızılı qumsal sahilləri, subtropik iqlimi, orqanik ərzaqları, əfsanəvi çayı və ipəyi ilə  xüsusi bir regiondur,  Azərbaycan xalqının mədəniyyəti və ənənələri ilə tanış olmaq və sadəcə istirahət etmək yox, Azərbaycan Respublikasının visit kartı olan həqiqi qonaqpərvərliyin ağuşuna düşmək istəyən turistlər üçün çox münasib yerdir”.

100 hektarlıq ərazidə Royal Holding QSC 9 hotel tikəcək və onlardan hər birinin, hətta başqa komplekslərdə yaşayanların da istifadə edə biləcəyi özünün nadir konsepsiyası olacaq.

"Adətən belə ayrı-ayrı komplekslər, hər bir hotelin istiqaməti nəzərə alınmadan xaotik tikilir, bir birləri ilə rəqabət aparırlar, burada isə biz hər bir hotelin və bütöv kompleksin  bənzərsizliyini düşündük.

Astara kompleksi özündə təkcə istirahət üçün olan infrastrukturu ehtiva etməyəcək, həmçinin işgüzar tədbirlər keçirmək üçün uyğun olacaq. Kofrans zalları, biznes mərkəzi, gözəl SPA-lar, restoranlar, eləcə də rahat böyük nömrələr və uşaqlar üçün zonalar. Layihədə, hətta ən tələbkar qonaqlar üçün belə, hər şey nəzərdə tutulub.

Fantanlar, açıq  və qapalı havada hovuzlar, fitness zallar və hətta şoppinq və gözəllik üçün zonalar var ki, burada qonaqlar ürəkləri istədikləri hər şeyi tapa biləcəklər”, -  baş direktor əlavə edib.

Qeyd edək ki, Royal Holding QSC investor və 1800 yerə hesablanmış kompleksin tikintisinin icraçısı qismindədir. Tikinti işlərini 2021-ci ildə başlamaq planlaşdırılır. Başa çatdırmaq mərəhələsi 2024 –cü il olacaq. (qafqazinfo.az)


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...