Ronaldo ayın ən yaxşı futbolçusu seçildi

Ronaldo ayın ən yaxşı futbolçusu seçildi
"Mançester Yunayted” klubunun portuqaliyalı hücumçusu Kristiano Ronaldo sentyabrda İngiltərə Premyer Liqasının ən yaxşı oyunçusu seçilib.

Sfera.az xəbər verir ki, Ronaldo Premyer Liqada keçirdiyi 3 oyunda 3 qol vurduğuna görə bu ada layiq görülüb. 36 yaşlı hücumçu bu nominasiyada Joao Kanselo ("Mançester Siti”), Antonio Rudiger ("Çelsi”), Məhəmməd Salah ("Liverpul”), Allana Sent-Maksimin ("Nyukasl”) və İsmaila Sarrı ("Uatford”) qabaqlayıb.

Xatırladaq ki, Ronaldo Premyer Liqada beşinci, "Mançester Yunayted”ə qayıdışından sonra isə ilk dəfə bu mükafata sahib olur.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR