Ürəyinizi qoruyan, dərinizi gözəlləşdirən - BROKOLİNİN tükənməyən faydaları

Ürəyinizi qoruyan, dərinizi gözəlləşdirən - BROKOLİNİN tükənməyən faydaları
Brokoli İtaliyaya aid bir tərəvəz növüdür və 1900-cü illərdə dünyaya yayılmışdır.
1 stəkan çiy brokoli gündəlik C vitamininə olan ehtiyacın 53 faizini, fol turşusuna olan ehtiyacın 14, A vitamininə olan ehtiyacın 11, diet lifinə olan ehtiyacın 9 faizini ödəyir.

Bəs başqa hansı faydaları var?

İltihab əleyhinədir: Brokolidə kaemferol adlandırılan dadlandırıcılar olduğu üçün iltihab əleyhinə təsiri vardır. Artrit və bağırsaq xəstəliklərinə yaxşı təsir edir.

Allergiyaya təsir edir: Brokolinin iltihab əleyhinə müsbət təsiri olduğu üçün allergiyanın da qarşısını alan xüsusi özəlliyi vardır. Əgər kaempferol maddəsiylə zəngin olan yeməklər yemək məcburiyyətindəsinizsə, brokoli ilə yanaşı hərdən kələm, üzüm, çiyələk və pomidor da yeyin.

Lif qaynağıdır: Brokoli diet saxlayan insanların dostudur. Tox saxlayır və uzun müddət aclıq hiss etdirməz.

D vitamini ilə zəngindir: D vitamini çatışmazlığından əziyyət çəkən insanlar mütləq prokoli yeməlidir. Çünki brokoli D vitamininin bədənə əmilməsinə kömək edən A və K vitamini ilə zəngindir.

Gözlərə faydalıdır: brokoli gözlər üçün də çox faydalıdır, çünki tərkibində lutein və zeaxanthin adlı karotenlər vardır.

Mükəmməl dəriyə sahib olacaqsınız: Brokolinin faydalarından biri də tərkibindəki glucoraphanin adlı kimyəvi maddənin həzm zamanı başqa kimyəvi maddələrə çevrilə bilməsi və dərinizi gəncləşdirmə özəlliyinə sahib olmasıdır.

Ürək xəstəliklərindən qoruyar: Brokolidəki lutein maddəsi gözlərinizə yaxşı təsir etdiyi kimi damarları açıq tutaraq qanın axımını tənzimləyir və ürəyinizə müsbət təsir edir.

Proteinlə zəngindir: "Niyə brokoli yeməliyik?” sualına veriləcək ən gözəl cavab yağsız proteinlərlə zəngin qida olmasıdır. Bir boşqab brokoli yesəniz 3 qram protein və 0 qram yağ almış olacaqsınız.

Əzələ ağrılarına kömək edir: Səhərlər balaca qabda brokoli yesəniz kalium balansını təmin etmiş olarsınız. Bu isə səhər idmanı zamanı qaçdıqdan sonra yaranan əzələ ağrılarını azaldır.

Sümüklərə faydalıdır: Sümükləri kalsiumla qidalandırdığı üçün  xüsusilə də qadınlara daha çox faydalıdır.

Xərçəngin qarşısını alır: Beyində yarana biləcək şişlərin qarşısını almaqda kömək edir.

Liflə zəngindir: Lifli qidaların orqanizmi tox tutduqlarını bilirik. Brokolinin tərkibində də bol miqdarda lif var. Ona görə də diet saxlayan insanlara toxluq hissi verdiyi üçün brokoli yemələri məsləhət verilir.

Sinir sistemini qoruyur: Sağlam sinir sistemi üçün kaliumun olması vacibdir. Odur ki, zəngin kalium tərkibli brokoli sinirləri qoruyur.

Arıqlamağı asanlaşdırır: Bildiyimiz kimi brokolinin tərkibi liflərlə boldur və bütün lif tərkibli qidalar arıqlamağa kömək etməklə yanaşı, sinir sisteminin qorunmasında da faydalıdır. Gün ərzində çiy olaraq qəbul edilən brokoli bədənin ehtiyacı olan bir çox maddəni təmin edir. Liflər həmçinin qan şəkərinin səviyyəsini də tənzimləyir.

Bəs BROKOLİNİ necə yeməliyik?

Brokolinin ən gözəl şəkildə yeyilmə qaydası çiy və ya yarımbişmiş şəkildə olmasıdır.  Brokoli ilə çox gözəl salat və şorbalar hazırlamaq da olur.TurpKimi.com

OXŞAR XƏBƏRLƏR