Rəsul Quliyev Əli Kərimlini istefaya çağırdı

Rəsul Quliyev Əli Kərimlini istefaya çağırdı
 

Parlamentin eks-spikeri Rəsul Quliyev Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlini keçmiş müavini Fuad Qəhrəmanlı ilə bağlı qalmaqaldan sonra istefa verməyə çağırıb.

Sfera.az xatırladır ki, bir neçə gün əvvəl Fuad Qəhrəmanlının qızı atasının sadist meylləri haqda danışıb və onun dizini qırdığını, anasının isə barmaqlarını sındırdığını söyləyib. Qız onu da bildirib ki, AXCP lider Əli Kərimli onların ailəsindəki zorakılıq haqda bilib, amma onun anasını dözməyə və boşanmaq üçün ərizə verməməyə razı salıb.

R.Quliyev bildirib ki, "əgər bu həqiqətdirsə və o elə bir tövsiyə veribsə, birinci növbədə o özü istefa verməlidir!”.

 

Ziqmund Freyd və Qustav Junqun psixoanalizlə əlaqədar təlimlərinə toxunan Rəsul Quliyev ehtimal edir ki, qızını və arvadını döyən Fuad Qəhrəmanlının özü də uşaqlıqda zorakılığa məruz qalıb.

Sabiq spiker açıqlamasında daha bir məqamı vurğulayıb: "Mənə qəribə görsənən kifayət qədər intellektual, sivil düşüncə tərzinə malik olan onun həyat yoldaşının belə alçaldıcı hərəkətlərlə razılaşması və bu günədək dözməsidir”.


OXŞAR XƏBƏRLƏR

Avropa rus qazını LNG ilə əvəzləyib

Son 3 ildə Avropa İttifaqı (Aİ) ölkələrinin idxal etdiyi təbii qazda Rusiyanın payı 41 faizdən 10 faizə düşüb, əvəzində mayeləşdirilmiş təbii qazın (LNG) payı 2...

Prezidentlər Ağdamda görülən işlərlə tanış OLDULAR - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən...

Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm...

Mbappe rekord qırdı - 43-cü qol! 

PSJ-nin hücumçusu Kilian Mbappe bir mövsümdə qol vurmaq üzrə şəxsi rekorda imza atıb.   Sfera.az bildirir ki, Fransa çempionatının 29-cu turunun &ld...

Qida çatışmazlığından əziyyət çəkən insanların sayı artıb - HESABAT

Birləşmiş Millətlər Təşkilatı və 16 digər humanitar təşkilatın dərc etdiyi hesabata görə, 2023-cü ildə dünyada ərzaq təhlükəsizliyi daha da pisləşib və bu vəziy...

Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri BAŞA ÇATDI

Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri aprelin 25-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövl...