Rəsul dünyada birincidir

Rəsul dünyada birincidir

Dünya Güləş Birliyi 2016-cı ilin yanvar ayında keçirilən yarışların nəticəsinə əsasən, yunan-Roma 

güləşi üzrə yeni reytinq siyasını açıqlayıb. 

Goal.az xəbər verir ki, yunan-Roma güləşi üzrə reytinq siyahısında ötən ay yer alan 12 güləşçimizin 

mövqeyində dəyişiklik baş verməyib. Avropa Oyunlarının qızıl medalçısı, Las-Veqasda keçirilən 

Dünya çempionluğuna yiyələnən Rəsul Çunayev reytinqdəki liderliyini saxlayıb. Mövqeyini dəyişməyən

 daha bir güləşçimiz son Dünya çempionatının gümüş medalçısıRövşən Bayramov olub. O reytinqdə 

ikinci sıradadır. Öz çəkisində reytinqin ikincisi olan digər bir güləşçimiz isə Saman Təhmasibidir.

 Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Qızıl Qran-Pri beynəlxalq turnirinin final

 mərhələsinin qalibi olan Sabah Şəriəti də reytinqdəki mövqeyini saxlayıb. 

Bundan başqa, daha 4 yunan-Roma güləşçimiz ilk onluqda mövqelərini qoruyub. Ümummilli lider 

Heydər Əliyevin xatirəsinə həsr olunmuş Qızıl Qran-Pri beynəlxalq turnirinin final mərhələsinin 

mükafatçıları Elvin Mürsəliyev (75 kq) və Rafiq Hüseynov (80 kq) 6-cı, Həsən Əliyev (66 kq) 9-cu, İslam Abbasov (85 kq) isə 10-cu sıradadır.

59 kq

2. Rövşən Bayramov - Dünya çempionatı 2-ci yer (2)

12. Elman Muxtarov - Avropa Oyunları 3-cü yer (12)

66 kq

9. Həsən Əliyev - Qızıl Qran-Pri 3-cü yer (12)

18. Kamran Məmmədov - Qızıl Qran-Pri 2-ci yer (nr)

71 kq

1. Rəsul Çunayev - Dünya çempionatı 1-ci yer (1)

75 kq

6. Elvin Mürsəliyev - Qızıl Qran-Pri 3-cü yer (5)

80 kq 

6. Rafiq Hüseynov - Qızıl Qran-Pri 2-ci yer (2)

85 kq

2. Saman Təhmasibi - Dünya çempionatı 3-cü yer (4)

10. İslam Abbasov - Qızıl Qran-Pri 3-cü yer (13)

98 kq

17. Şalva Qadabadze - Qızıl Qran-Pri 1-ci yer (nr)

18. Orxan Nuriyev - Paris Qran Pri turniri 3-cü yer (18)

130 kq

4. Sabah Şəriəti - Qızıl Qran-Pri 1-ci yer (5)

Qeyd: İdmançıların adları qarşısında onların iştirak etdikləri son yarışda əldə etdiyi nəticə, 

mötərizədə isə bundan əvvəlki reytinq siyahısında tutduqları yer göstərilib.


OXŞAR XƏBƏRLƏR