Rəsmi Bakı hərəkətə keçdi: Qarabağdakı erməni silahlı dəstələri tərksilah edilir - AÇIQLAMA

Rəsmi Bakı hərəkətə keçdi: Qarabağdakı erməni silahlı dəstələri  tərksilah edilir - AÇIQLAMA
Bu gün erməni QHT sədri Aşot Arutunyan öz çıxışında Qarabağda - rusiyalı sülhməramlı qüvvələrinin müvəqqəti nəzarəti altında olan Azərbaycan ərazisində yerləşmiş erməni hərbi birləşmələrinin tərksilah ediləcəyini deyib. O, məlumatın Qarabağdakı terrorçu-separatçıların rəhbəri Arayik Arutunyan tərəfindən ona şəxsən deyildiyini vurğulayıb. 
 
"Arayik Arutunyan Qarabağdakı silahlı birləşmələrin buraxılacağını dedi. Soruşdum ki, "sənə bu haqqı kim verib?”. O isə "azərbaycanlılar bunu tələb edir”, - deyə cavab verdi”.

Maraqlıdır, bu açıqlamanı rəsmi Bakının şərtləri kimi dəyərləndirə bilərikmi? 

Mövzu ilə bağlı Milli Məclisin deputatı Naqif Həmzəyev Sfera.az-a açıqlamasında deyib ki, bu cür açıqlamalarda qəribə bir şey yoxdur:

"Çünki faktiki olaraq, üçtərəfli bəyanatda qanunsuz erməni silahlı dəstələrinin Qarabağdan çıxarılmalı olduğu qeyd edilmişdi. Ancaq müvəqqəti olaraq, ermənilər digər məsələlərdəki kimi (Zəngəzur koridoru və ya kommunikasiyaların açılması) bunu da ləngitdilər.  Sonuncu baş tutan görüşlər və verilən mesajlar onu deməyə imkan verir ki, tezliklə ermənilər öz öhdəliklərini yerinə yetirəcəklər. Xüsusilə də, Azərbaycan ərazilərində olan qanunsuz silahlı dəstələrin çıxarılması, Ermənistan tərəfindən rəsmi Bakının tələblərinin tanınması, nəticə etibarilə də sülh danışıqlarının baş tutması qaçılmazdır”.

Müsahibimiz həmçinin, Zəngəzur koridorunun da fəaliyyətə başlayacağını vurğulayıb:

"Dünən prezident İlham Əliyev Zəngilandakı ictimaiyyətlə görüşündə də bu məsələyə aydınlıq gətirdi. Bu baxımdan biz anlamalıyıq ki, ermənilərə tam olaraq güvənmək olmaz. Ancaq istənilən halda, ermənilər reallıqları dərk edirlər və götürdükləri öhdəlikləri yerinə yetirməlidirlər. Sülhdən başqa onların çıxış yolu yoxdur. Əks təqdirdə, ermənilər hansısa baş tutacaq bir toqquşma və ya münaqişə nəticəsində tamamilə öz varlıqlarına son qoya bilərlər. Aşotun son açıqlamalarına oxşar sözləri hələ tez-tez eşidəcəyik”.

Günay Rəsulqızı
Sfera.az
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Ermənistan digər ərazilərin mina xəritələrini də Azərbaycana VERDİ

Aparılmış danışıqlar nəticəsində Ermənistan tərəfi Azərbaycan Respublikasının işğaldan azad olunan digər ərazilərinin mina xəritələrini də Azərbaycan tərəfinə t...

"Mirzoyanla görüşdən imtina etmək doğru qərardır, onları qapımızda süründürməliyik" - Politoloq

"Ararat Mirzoyanla Avropada planlaşdırılan görüşdən imtina etmək doğru qərar idi”   Bunu Sfera.az-a açıqlamasında politoloq Zaur Məmmədov Azərbaycan və E...

Bayramov Mirzoyanla görüşdən buna görə imtina edib - RƏSMI

Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin İsveçin paytaxtı Stokholmda görüşünün baş tutmamasının səbəbi açıqlanıb. Bunu Sfera.az-a açıqlamasınd...

“Qaraheybət” qəzasındakı helikopterin “qara qutu”su hansı ölkədə DİNLƏNİLƏCƏK?

Aviaqəzaların səbəblərinin araşdırılması həmişə problem hesab edilib.  Çoxsaylı insan tələfatına səbəb olan belə qəzaların hansı səbəbdən baş verdiyi...

Çavuşoğlu Azərbaycana başsağlığı verdi

"Bu gün baş verən faciəvi helikopter qəzasında şəhid olan azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət, yaralılara şəfa diləyirəm”. Sfera.az xəbər verir ki...

"İran və Azərbaycan prezidentləri əlaqələri inkişaf etdirmək istəyirlər" - XİN rəhbəri

"İran və Azərbaycan prezidentlərinin iradəsi qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi istiqamətindədir”. Sfera.az xəbər verir ki, bunu İranın xarici işlə...