Rəsmən açıqlandı - Dövlət krediti olanlara 2 formada kömək edəcək

Rəsmən açıqlandı - Dövlət krediti olanlara 2 formada kömək edəcək
Azərbaycanda koronavirus infeksiyasının yaratdığı yeni şəraitdə hökumət bank kreditlərinin ödənilməsi məsələsinə 2 formada dəstək verəcək". Sfera.az "Report"a istinadən xəbər verir ki, bunu İTV-nin efirində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı bildirib. V.Qasımlının sözlərinə görə, İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu iş adamlarınım kredit faizi yükünün təxminən 10%-lik hissəsini öz üzərinə götürəcək: "Bu da əhəmiyyətli hissədir. Çünki, bu gün ölkədə biznes kreditlərinin orta illik faiz dərəcəsi 14%-dir. Burada bank sektorunun ayaqda qalması məsələsi də çox vacibdir. Biz yenidən problemli kreditlər burulğanı yaratmaq istəmirik. Bir tərəfdən sahibkarın və vətəndaşın marağı qorunacaq, digər tərəfdən isə bank sektorunun dayanıqlığına dəstək veriləcək". "Bundan başqa, yeni götürülmüş kreditlər üçün 500 milyon manatlıq da dəstək paketi olacaq. Burada əsas məqsəd sahibkarların dəstəklənməsidir. O sahələr ki, dövlətin prioritet istiqamətləridir və postkorona dövründə iqtisadiyyatın dayanıqlığını təmin edəcək, iş yerləri yaradacaq, vergi bazasını genişləndirəcək, həmin sahələrdə kredit götürüb iş görən sahibkarlara dəstək veriləcək. Amma bunun üçün layihənin dəyərində kreditin payı 15%-i keçməməlidir, bunun da yarısını dövlət ödəcəyək, üstəlik həmin kreditə görə zəmanətin 60%-ni yenə də dövlət verəcək. Bu çox əlverişli bir imkandır ki, Azərbaycan iqtisadiyyatı qlobal şokun təsirindən qısa müddətdə ayılsın, özünə gəlsin. Çünki ucuz maliyyə resursları burada çox böyük əhəmiyyət kəsb edəcək", - deyə İİTKM-nın icraçı direktoru əlavə edib.

OXŞAR XƏBƏRLƏR

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO

Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi və ölkəmizin İtaliyadakı Səfirliyinin dəstəyi ilə aprelin 19-da 60-cı Venesiya Biennalesi...

İlhamə Quliyeva ilə küsülü olmalarının səbəbini açıqladı

Xalq artisti Nazpəri Dostəliyeva mərhum həmkarı, Xalq artisti İlhamə Quliyeva ilə küsülü olma səbəbini illər sonra açıqlayıb.   Sfera.az xəbər v...

Bu il Azərbaycanda 5 günəş elektrik stansiyası tikiləcək

Bu il Azərbaycanda ümumi gücü 1300 MVt olan daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq.   Bu barədə Sfera.az-a Energetika Nazirliyindən bil...

Yaponiyada həkimlər "Google"u məhkəməyə verdilər - SƏBƏB

Yaponiyada həkimlər Google-u klinikaları haqqında pis şərhlərə müdaxilə etmədiyi üçün məhkəməyə veriblər. Sfera.az xəbər verir ki, 63 həkim cümə axşamı T...

Buraxılış imtahanının nəticələri elan olundu

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.   Sfera.az xəbər verir ki,...

16 kənddə qaz olmayacaq

Aprelin 22-si Masallı rayonunun 16 kəndində qaz təchizatının dayandırılması planlaşdırılır.   Sfera.az-ın məlumatına görə, Masallı rayonu ərazisində ...