Rəşad Sadıqov: "Uzaqdan qol hər şeyi həll etdi"

Rəşad Sadıqov:
"Dövlətimizi, ordumuzu cəbhədəki qələbələr münasibətilə təbrik edirəm. Gəncədə və cəbhədə həyatını itirənlərin ailələrinə başsağlğı verirəm".

Sfera.az-ın məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov səfərdə "Sumqayıt"a 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının VI tur matçından sonra mətbuat konfransında deyib.

38 yaşlı mütəxəssis komandasının oyunundan razılıq ifadə edib: "İkinci hissə komandamın üstünlüyü ilə keçdi. Meydanda görmək istədiklərimi gördüm. İmkanlarımızdan yararlana bilmədik, uzaqdan qol hər şeyi həll etdi".

Sadıqov Ağabala Ramazanovun meydanda az olmasının səbəbini də açıqlayıb: "Ağabala aparıcı oyunçularımızdandır. Amma uzunmüddətli zədədən yeni qayıdıb. Həkimlərlə məsləhətləşdikdən sonra 25 dəqiqə meydanda olmasını uyğun saydıq. Çıxışı bizi qane etdi".

OXŞAR XƏBƏRLƏR